ADA Universitetinin prorektoru WUF13 çərçivəsində Qarabağın bərpası təcrübəsindən danışıb
Bakı, 21 may, AZƏRTAC
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə WUF13 çərçivəsində keçirilən “Akademiya və tədqiqat“ üzrə dəyirmi masada Azərbaycanda işğaldan azad edilmiş ərazilərin bərpasında məlumat bazasının mühüm rolu barədə danışıb.
AZƏRTAC xəbər verir ki, F.İsmayılzadə hazırda işğaldan azad edilmiş ərazilərdə geniş bərpa və yenidənqurma işlərinin getdiyini bildirib. Qeyd edib ki, bərpa prosesi zamanı Qarabağ bölgəsi və digər işğaldan azad olunmuş ərazilərə qayıdan məcburi köçkünlərin ehtiyacları, bacarıqları və sosial-iqtisadi vəziyyəti barədə etibarlı məlumatların toplanması şəhər və kənd planlaşdırılması üçün əsas şərtdir. Onun sözlərinə görə, artıq 80 minə yaxın keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb və yeni icmaların formalaşdırılması prosesi davam edir.
F.İsmayılzadə vurğulayıb ki, ADA Universiteti tərəfindən aparılan sorğular bu prosesdə mühüm məlumat bazası yaradır və bu təcrübə digər ölkələr üçün də nümunə ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [13:47]
Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov
- 27.09.2026 [13:38]
“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası
- 27.09.2026 [13:12]
Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü
- 27.09.2026 [12:58]
Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov
- 27.09.2026 [12:41]
Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti
- 27.09.2026 [12:23]
Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası
- 27.09.2026 [12:10]
Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi
- 27.09.2026 [11:35]