QAN YADDAŞI
Daşkənddə 20 Yanvar faciəsi ilə əlaqədar anım mərasimi keçiriləcək, sərgi təşkil olunacaq
Daşkənd, 12 dekabr, АZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənddə 20 Yanvar faciəsi ilə əlaqədar anım mərasimi keçirəcək, sərgi təşkil olunacaq.
AMM-dən verilən məlumata görə, mərasimdə Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, soydaşlarımız iştirak edəcəklər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar faciəsi haqqında məlumat verəcək.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri və digər çıxış edənlər 20 Yanvar faciəsi haqqında danışacaqlar. Tədbirdə, həmçinin faciə ilə bağlı sənədli film nümayiş etdiriləcək.
Mədəniyyət Mərkəzinin foyesində 20 Yanvar faciəsinə həsr olunmuş kitab və fotoşəkillərdən ibarət sərgi təşkil olunacaq, Özbəkistan mətbuatında faciə haqqında materiallar dərc ediləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd