DAŞKƏNDDƏ TRAVMATOLOQ VƏ OPTOPEDLƏRİN 7-Cİ QURULTAYI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənddə Özbəkistan travmatoloq və ortopedlərinin 7-ci qurultayı keçirilmişdir. Qurultayda Mərkəzi Asiya ölkələri, Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Ukrayna, İsrail və digər dövlətlərdən gəlmiş həkimlər, elmi-tədqiqat institutlarının mütəxəssisləri iştirak etmişlər.
Azərbaycanı qurultayda Elmi Tədqiqat Travmatologiya İnstitutunun kafedra müdiri, professor Akif Əliyev təmsil etmişdir.
İki gün davam edən qurultayda travmatologiya və ortopediyanın aktual problemləri ilə bağlı məruzələr oxunmuş, sümük-damar xəstəliklərinin qarşısının alınması, bu sahədə müxtəlif ölkələrin sınaqdan keçirilmiş təcrübəsi və yeni texnologiyanın tətbiqi ilə əlaqədar fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]