Azərbaycan Dövlət İnformasiya Agentliyi

DAXİLİ İŞLƏR NAZİRİ, GENERAL-POLKOVNİK RAMİL USUBOVUN MƏRUZƏSİ

- Möhtərəm cənab Prezident!

Sizin daxili işlər orqanlarının fəaliyyətinə verdiyiniz yüksək qiymət, daxili işlər orqanlarının Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin qorunmasındakı xidmətlərinə verdiyiniz yüksək qiymət bizi fərəhləndirir, eyni zamanda, məsuliyyətimizi daha da artırır.

Hörmətli cənab Prezident, icazənizlə, son illər Azərbaycanda cinayətkarlığa qarşı mübarizədə görülən işlər haqqında qısaca olaraq Sizə məruzə etmək istəyirəm.

Müstəqil Azərbaycanın qurulmasında, onun dövlətçiliyinin möhkəmləndirilməsində, respublikamızda ictimai-siyasi sabitliyin, təhlükəsizliyin təmin edilməsində, vətəndaşlarımızın qanunla qorunan hüquqlarının müdafiəsində, demokratik dəyərlərə söykənən quruculuq işlərində, bir sözlə, ölkə həyatının bütün sahələrində misilsiz xidmətləri olan ümummilli liderimiz Heydər Əliyev tərəfindən respublikada aparılmış hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, sosial təminatının gücləndirilməsi sahəsində böyük əhəmiyyətə malik işlər görülmüşdür. Ulu öndərimizin xalqımızın rifahı, dövlətimizin inkişafı, o cümlədən Daxili İşlər Nazirliyi sistemində fəaliyyətin müasir standartlar səviyyəsində qurulması yönündə əvəzsiz xidmətlərini peşə bayramımız ərəfəsində bir daha vurğulamağı hər birimizin borcu olmaqla yanaşı, bunu özümüzə şərəf bilirik.

Sizə və Azərbaycan xalqına yaxşı bəllidir ki, müstəqilliyimizin ilk illərində ölkəmiz necə böyük faciələrlə üzləşmişdi. Bir tərəfdən, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı yaranmış ağır problemlər, digər tərəfdən isə hakimiyyətdə olanların səriştəsizliyi, korporativ maraqları ucbatından baş alıb gedən anarxiya, cinayətkarlıq, hərc-mərclik mövcud idi. Bunun acı nəticələri kimi vətəndaşlarımızın təhlükə, qorxu içində yaşaması, xarici dövlətlərin və iş adamlarının ölkəmizə sərmayə qoyuluşundan ehtiyatlanması bəlli idi. Həmin illəri heç kim, heç kəs yadından çıxarmır və çıxarmayacaqdır.

Məlumdur ki, insanlar həmişə düşdüyü çətin, ağır və çıxılmaz məqamlarda Ulu Tanrıya üz tutaraq, ondan kömək diləyir. Millətimizin həmin dar günündə Ulu Tanrı ona məhz Heydər Əliyev nurunu, Heydər Əliyev şəxsiyyətini yetirdi və böyük öndərimiz öz məğrur səsi ilə “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” - deyərək, çox çətin bir yükü öz çiyninə götürdü. Onun Azərbaycana olan hədsiz sevgisi və məhəbbəti təlatümlü, kəşməkəşli bir dövrü yaşayan xalqımızı, ölkəmizi yaranmış real təhlükədən, vətəndaş müharibəsindən, anarxiyadan, terrordan qurtardı və yeni müstəqil Azərbaycan dövlətinin quruculuğuna başlandı. Qarşıda duran təxirəsalınmaz məsələlər isə qısa müddətdə - təqribən iki il ərzində həyata keçirilən kəsərli tədbirlər sayəsində öz həllini tapdı.

Respublikada kriminogen durum yenidən hüquq mühafizə orqanlarının nəzarəti altına keçdi, yüzlərlə silahlı cinayətkar dəstə ifşa olundu. Gənc dövlətimizin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə cinayətləri hazırlayanlar və həyata keçirənlər, terrorçular, vətəndaşlara qarşı sui-qəsd törədənlər, soyğunçuluqla, quldurluqla, adam oğurluğu ilə məşğul olanlar tutularaq məsuliyyətə cəlb edildi.

Ölkənin inkişafı ilə və ardıcıl olaraq əldə edilən uğurlarla barışmaq istəməyən qüvvələrin xəyanətkar niyyətlərini həyata keçirmək üçün əl atdıqları hər cür avantüraların, cinayətlərin, terror aktlarının və dövlət çevrilişi cəhdlərinin qarşısı dahi öndərin rəhbərliyi ilə qətiyyətlə alındı.

Sonrakı dövrlərdə iqtisadiyyatımızda, mədəniyyətimizdə, ordu quruculuğunda, habelə cinayətkarlığa qarşı mübarizədə ilbəil artan nailiyyətlərin şahidi olduq. Heydər Əliyevin simasında Azərbaycan xalqının dövlətə, dövlətçiliyə inamı yarandı və möhkəmləndi. Müstəqil Azərbaycanımıza rəhbərlik etməyə başladığı ilk günlərdən hüquqi, demokratik, suveren dövlət quruculuğu xəttini qarşısına məqsəd qoyan, demokratik dəyərlərə, insanların hüquq və azadlıqlarının təmin edilməsinə sadiq qalacağını bəyan edən əbədiyaşar Prezidentimiz Heydər Əliyev bu mövqeyindən dönmədi. Onun hər bir çıxışı, hər bir sözü konkret işlərlə həyatda öz təsdiqini tapdı və bu gün də tapmaqdadır.

Cənab Prezident!

Bir faktı da demək istərdim ki, bugünkü hakimiyyətə qara yaxanların respublikaya rəhbərlik etdiyi dövrdə təkcə bir il ərzində 7 mindən çox cinayət bağlı qalmışdı. İndi isə bu rəqəm 7,5 dəfə azalıbdır. 2004-cü ildə cəmi 940 cinayət bağlı qalmışdır.

Heydər Əliyevin dövlətçilik, müstəqillik, qanunçuluq, demokratik dəyərlərə sarsılmaz bağlılıq, ictimai-siyasi sabitlik və ölkə iqtisadiyyatının intensiv inkişafı siyasətini zati-alinizin uğurla davam etdirməsi sayəsində indi respublikada kriminogen duruma tam nəzarət olunur.

Sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərən hüquq mühafizə orqanları beynəlxalq terrorçuluqla, ekstremizmlə, separatçılıqla, mütəşəkkil cinayətkarlığın müxtəlif növləri, o cümlədən silahların, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri, qeyri-leqal miqrasiya ilə mübarizə sahəsində səmərəli struktur islahatlarını, idarəçilik, praktik və xüsusi tədbirləri əhatə edən kompleks işlər görürlər.

Son on ildən artıq bir müddətdə əllərdə qanunsuz saxlanılan və əksəriyyəti avtomat silah olan 32 mindən çox odlu silah yığılmış və silahla törədilən cinayətlərin sayı hazırda on dəfədən çox azalmışdır. Həmin dövrdə ölkə əhalisinin sayının bir milyon nəfərdən çox artmasına baxmayaraq, cinayətkarlığın dinamikasında müsbət meyillər, o cümlədən onların sayının əhəmiyyətli dərəcədə azalması davam etmişdir.

1992-ci illə müqayisədə ötən il cinayətlərin sayı bütövlükdə 25,1 faiz, qəsdən adamöldürmə 2,8 dəfə, quldurluq və soyğunçuluq 3,8 dəfə, oğurluq 4,7 dəfə azalmışdır. Göstərilən illər ərzində tərkibində 39 minə yaxın cinayətkarı birləşdirən 17 minədək cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, axtarışda olan 55308 nəfər tutularaq cinayət məsuliyyətinə cəlb edilmişdir. 1993-cü illə müqayisədə təqsirləndirilən şəxslərin axtarışı üzrə göstəricilər də yaxşılaşaraq, 62 faizdən 74 faizə qədər yüksəlmişdir. Təkcə 2000-2005-ci illərdə qəsdən adamöldürmə, quldurluq, soyğunçuluq və adam oğurluğu törətmiş 863 cinayətkar qrup və dəstə ifşa olunmuşdur. Bütövlükdə isə həmin dövrdə müxtəlif cinayətlərə görə 77651, o cümlədən qəsdən adamöldürməyə görə 1762, quldurluğa görə 816, soyğunçuluğa görə 772 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmçinin, 37 adam oğurluğu üzrə 49 nəfərdən ibarət 13 cinayətkar dəstə, habelə 240 hədə-qorxu ilə tələbetmə faktları üzrə özündə 84 nəfəri birləşdirən 27 cinayətkar qrup zərərsizləşdirilmişdir. Qanunsuz dövriyyədən 3 tondan çox narkotik vasitə götürülmüş, təxminən 3,5 min tona yaxın narkotik tərkibli bitki yığılaraq yaşıl kütlə şəklində məhv edilmişdir.

Bu müddət ərzində müxtəlif cinayətlər törədilməsində təqsirli bilinərək, istintaq orqanları və məhkəmələr tərəfindən dövlətlərarası və beynəlxalq axtarışa verilən 3000-dən çox cinayətkar ölkənin hüdudlarından kənarda müəyyən edilmiş, Azərbaycana gətirilib ədalət məhkəməsinə verilmişdir.

Daxili işlər orqanlarının fəaliyyətinin istiqamətini cinayətlərin profilaktikası və açılması, onları törədən şəxslərin məsuliyyətə cəlb olunması, axtarışı, mülkiyyətin hər bir formasının hüquqazidd əməllərdən qorunması təşkil edir. Bu baxımdan fəaliyyətimizin əsas istiqamətlərindən birini təşkil edən beynəlxalq əməkdaşlıq əlaqələrinin səmərəli qurulmasına da xüsusi diqqət yetiririk. Bu sahədə Daxili İşlər Nazirliyi çoxtərəfli, regional və ikitərəfli səviyyələrdə səmərəli fəaliyyət göstərmişdir.

Son on ildə cinayətlərin açılma faizi də yüksək olmuşdur. Cənab Prezident, bayaq Siz çox haqlı qeyd etdiniz ki, hər 100 min nəfərin sayına düşən cinayətlərin sayına görə, MDB məkanında Azərbaycan yaxşı mənada ən axırıncı yerlərdən birini tutur.

Möhtərəm Prezident!

İşimizin uğurlu getməsində başlıca amillərdən olan əməkdaşlarımızın peşəkarlığının artırılması məsələsi də daim diqqət mərkəzində saxlanılır. Qabaqcıl təcrübənin daha səmərəli tətbiqi məqsədi ilə, daxili işlər orqanlarının əməkdaşları dəfələrlə Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən polisin fəaliyyətinin başlıca istiqamətləri üzrə təşkil edilən müxtəlif forum və müşavirələrdə iştirak etmişlər. İndiki dövrdə, cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olan yeni, müasir tələblərə tam cavab verə bilən polis əməkdaşının formalaşdırılmasına da böyük əhəmiyyət veririk. Bununla yanaşı, daxili işlər orqanlarının əməkdaşları Amerika Birləşmiş Ştatlarına, Avropa dövlətlərinə təlimlər keçməyə göndərilir, öz ölkəmizdə seminarlar, treninqlər təşkil edilir. Hazırda 100-ə yaxın əməkdaşımız Rusiya Federasiyasında, Türkiyədə, Ukraynada təhsil alır. Görülən tədbirlər sayəsində orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 1994-cü illə müqayisədə 58,3 faizdən 79,9 faizə, o cümlədən onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33,3 faizdən 64 faizə yüksəlmişdir.

Daxili İşlər Nazirliyi öz fəaliyyətində gənc əməkdaşların təlim-tərbiyəsinə də geniş yer ayırır, onların xidmət üzrə irəli çəkilməsinə xüsusi diqqət yetirir. İndi daxili işlər orqanlarının sıravi heyətinin demək olar ki, 50 faizə qədəri, zabit heyətinin isə 25 faizdən çoxunu məhz gənclər təşkil edir.

Biz yaxşı başa düşürük ki, hakimiyyət nümayəndəsi olan polisin özünün dünyagörüşü, intellektual səviyyəsi, qanunlara münasibəti, davranışı və şəxsi intizamı ilə başqalarına nümunə olması, dövlətə və onun idarəetmə orqanlarına etimadın möhkəmləndirilməsində başlıca rol oynayır.

O da məlumdur ki, daxili işlər orqanları əməkdaşlarının, nazirliyin rəhbər heyətinin, həmçinin cənab Prezident, bir nazir kimi mənim də fəaliyyətimdə nöqsan və qüsurlar mövcuddur və çox haqlı olaraq Siz bunu burada qeyd etdiniz. Biz bu nöqsan və qüsurları görürük və Sizə söz verirəm ki, onların aradan qaldırılması üçün lazımi tədbirləri görəcəyik.

Cənab Prezident!

2000-2005-ci illər ərzində qanun pozuntularına görə 2 mindən yuxarı əməkdaş, o cümlədən insan hüquq və azadlıqlarını pozduqlarına görə 514 əməkdaş intizam qaydasında cəzalandırılmış, 1338 nəfər isə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur.

Möhtərəm cənab Prezident!

Sizə bir daha böyük təşəkkür və minnətdarlığımızı bildiririk ki, bizi qəbul etdiniz. Sizin nitqinizi daxili işlər orqanları, biz gələcək fəaliyyətimiz üçün proqram kimi qəbul edirik. Sizi əmin edirəm ki, burada verdiyiniz tövsiyələr, göstərişlər Daxili İşlər Nazirliyində, ona tabe olan bütün yerli qurumlarda tam məsuliyyəti ilə yüksək səviyyədə icra olunacaqdır.

Möhtərəm cənab Prezident!

Siz həm də, tövsiyə etdiniz ki, bizim xalqla əlaqəmiz yaxşılaşsın, vətəndaşlara daha yaxşı xidmət edək, onlarla əlaqəni daha da genişləndirək. Bizim tərəfimizdən bu sahədə nə lazımdırsa, ediləcəkdir. Daxili işlər orqanlarının bütün şəxsi heyəti adından Sizi əmin edirəm ki, Azərbaycan polisi bundan sonra da ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, əmin-amanlığın nümunəvi təşkili üçün nə lazımdırsa edəcək, öz Prezidenti ətrafında daha sıx birləşəcəkdir. Diqqətinizə görə sağ olun.

X X X

İLHAM ƏLİYEV: İndi də mükafatların təqdimolunma mərasiminə keçək. Mən dünən bu barədə Sərəncam imzaladım. Bir qrup əməkdaş təltif olundu. İndi ordenlər burada təqdim olunacaq, medalları isə siz özünüz təqdim edərsiniz.

X X X

Sonra dövlətimizin başçısı İlham Əliyev 2005-ci il 30 iyun tarixli Sərəncamı ilə təltif etdiyi polis əməkdaşlarına “Şöhrət” və “Azərbaycan bayrağı” ordenlərini təqdim etdi.

X X X

Azərbaycan Prezidenti İLHAM ƏLİYEV görüşə yekun vuraraq dedi:

-Sağ olun. Sizi bir daha təbrik edirəm. Sabah sizin peşə bayramınızdır. Çox gözəl bayramdır. Mən sizə bir daha uğurlar, cansağlığı arzulayıram. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz.

Mən şübhə etmirəm ki, ölkəmiz daha da güclənəcək, Azərbaycanda insanlar rahat şəraitdə, sülh şəraitində yaşayacaqlar. Asayiş qorunacaq, sabitlik möhkəm olacaq və bilirsiniz ki, bu işdə polisin üzərinə xüsusi bir vəzifə düşür. Bu vaxta qədər siz bu vəzifəni ləyaqətlə icra etmisiniz. Arzu edirəm ki, bundan sonra da doğma vətənimizə öz xidmətlərinizi göstərəsiniz. Qarşıdan gələn bayram münasibətilə sizi bir daha təbrik edir, sizə uğurlar arzulayıram.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun