Azərbaycan Dövlət İnformasiya Agentliyi

DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ MƏTBUAT KONFRANSI

Avqustun 10-da daxili işlər naziri general-polkovnik Ramil Usubov kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov konfransı açaraq, cinayətkarlığa qarşı mübarizədə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasətin Azərbaycanın hüquq mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən uğurla aparıldığını, son illər bu sahədə qazanılan nailiyyətləri və ölkəmizdə sabitliyin dönməzliyinin təmin olunduğunu diqqətə çatdırdı.

Bugünkü konfransın məqsədinin jurnalistlərlə görüşərək, onları narahat edən sualları cavablandırmaq, ölkəmizdə cinayətkarlığa qarşı mübarizənin vəziyyəti, ictimai asayişin, daxili sabitliyin qorunması və kriminogen durum haqqında ətraflı məlumat vermək olduğunu bildirən daxili işlər naziri Ramil Usubov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu il iyunun 30-da imzalanmış altı sərəncam və üç fərmanın əhəmiyyətini xüsusi vurğuladı, yaxın gələcəkdə polisin fəaliyyətində ciddi dönüş yaradacaq “Polisin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” təsdiq olunan Proqramda Azərbaycan polisinin vətəndaşlarla, mətbuat nümayəndələri ilə əlaqələrinin genişləndirilməsi məsələsinin qoyulduğunu bildirdi.

Nazir xatırlatdı ki, dövlət müstəqilliyini qazanandan sonra Azərbaycanın çox böyük problemləri, o cümlədən Ermənistanın Azərbaycana ərazi iddiası ilə etdiyi təcavüz, onun ağır nəticələri, o zamankı iqtidarın səriştəsizliyi, müxtəlif partiyaların hakimiyyət uğrunda apardıqları qeyri-konstitusion mübarizə və bunun ağır nəticələri ölkəmizin o vaxtkı kriminogen vəziyyətinə böyük mənfi təsir göstərmişdi. 1992-1993-cü illər Azərbaycanda kriminogen durumun ən gərgin illəri sayılır. Həmin dövrdə 26 minə qədər cinayət hadisəsi baş vermişdi.

Ramil Usubov bildirdi ki, yalnız ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra, 1993-cü ilin sonundan başlayaraq iki il ərzində ölkədə kriminogen durum tamamilə nəzarət altına alındı. Heydər Əliyevin rəhbərliyi altında aparılan uğurlu islahatlar, hüquq mühafizə orqanlarının əlbir işinin təşkili sayəsində 1996-cı ilin sonlarından ölkəmizdə sabitlik bərqərar oldu. Ötən illər ərzində bu sabitlik qorunub saxlanmış, cinayətkarlığın ümumi səviyyəsi ilbəil aşağı düşmüşdür. Son 10 il ərzində Azərbaycanda cinayətkarlığa qarşı mübarizənin nəticələri, həqiqətən, sevindiricidir. Bu müddətdə ümumi cinayətlər 30,9 faiz, hər 100 min nəfərə düşən cinayətlər 36,8 faiz azalmış, ağır cinayətlər 1992-1993-cü illə müqayisədə 3,6 dəfə aşağı düşmüşdür. Ayrı-ayrı cinayət növlərinin azalması bu illər sürətlə getmişdir. Belə ki, oğurluq hadisələri 5,2 dəfə, nəqliyyat vasitələrinin oğurlanması, yəni qaçırılması faktları 24 dəfədən çox azalmışdır. Bundan əlavə, görülmüş tədbirlər, respublikanın hüquq mühafizə orqanlarının apardığı fəaliyyət nəticəsində əhalidən 25 mindən çox qeyri-qanuni silah toplanmış və nəticədə son on ildə odlu silahla törədilən cinayətlərin sayı 5 dəfədən çox azalmışdır. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, son on ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin başçılığı ilə aparılan siyasət cinayətkarlığa qarşı mübarizə sahəsində də öz müsbət nəticəsini vermişdir. Bu gün bu siyasəti ardıcıllıqla, uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizdə sabitliyin, daxili əmin-amanlığın, ictimai asayişin qorunmasına çox böyük diqqət yetirir və hüquq mühafizə orqanlarının rəhbərlərindən, onlara tabe olan bütün qurumlardan bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsini tələb edir.

Nazirliyə tabe olan bütün qurumların əmin-amanlığın təmin olunması, asayişin yüksək səviyyədə qorunması, vətəndaşlarımızın rahatlığı üçün əllərindən gələn bütün işləri gördüyünü diqqətə çatdıran Ramil Usubov ictimaiyyətlə, vətəndaşlarla polis arasında yaranmış əlaqəni yüksək qiymətləndirdi, kriminogen durumun daha da normallaşmasında əməyi olanlara dərin minnətdarlığını bildirdi. O, son 6-7 ildə MDB məkanında hər 100 min nəfərə düşən cinayətlərin sayına görə Azərbaycanın yaxşı mənada sonuncu yerlərdən birini tutduğunu xüsusi vurğuladı.

DİN-də aparılan böyük struktur dəyişkliyinə, islahatlara toxunan, son on ildə nazirliyin sistemində müasir tələblərə cavab verən yeni qurumlar – mətbuat xidməti, şəxsi heyətlə iş, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, daxili təhqiqat, daxili təhlükəsizlik, insan alverinə qarşı mübarizə idarələrinin yaradıldığını xatırladan nazir daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Polisdə xidmətkeçmə haqqında” qanunların və digər sənədlərin qəbul olunduğunu bildirərək dedi ki, həmin sənədlər Avropa ölkələrinin yüksək ixtisaslı ekspertlərinin rəyindən sonra parlamentdə qəbul edilmişdir və indi Azərbaycan polisi bu qanunlar çərçivəsində fəaliyyət göstərir.

Ramil Usubov daxili işlər orqanları əməkdaşlarının fəaliyyətində insan haqlarına, insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirildiyini, son beş ildə Avropanın müxtəlif dövlətlərindən bu sahədə böyük təcrübəsi olan mütəxəssislərin Azərbaycana dəvət olunduğunu, onların müvafiq qurumların rəhbərləri ilə keçirdikləri treninqlərin, müxtəlif məşğələlərin, fikir mübadiləsinin əhəmiyyətini vurğuladı. Həmçinin bildirdi ki, Bakı Ali Polis Akademiyasında insan hüquqlarına dair xüsusi kurs açılmışdır, nazirlik sistemində təhsil, peşə hazırlığı ilə bağlı keçirilən bütün dərslərdə şəxsi heyətə məhz insan hüquqlarının qorunması, polisin fəaliyyətində vətəndaşların hüquq və azadlıqlarının gözlənilməsi mövzuları ətraflı öyrədilir. Bu işlərin nəticəsidir ki, son beş ildə şəxsi heyət arasında vətəndaşlara qarşı kobudluq göstərdiklərinə, onları qanunsuz olaraq polisə gətirdiklərinə, digər vətəndaşlara qarşı edilən qanun pozuntularına görə cəzalandırılanların sayı 3 dəfədən çox azalmışdır. Son üç ildə bu cür qanun pozuntusuna yol verən 204 əməkdaş müəyyən edilib və cəzalandırılmışdır. Bunlardan 6-sı cinayət məsuliyyətinə cəlb olunmuş, 30-u daxili işlər orqanlarından qovulmuş, 11-nin rütbəsi aşağı salınmış və qalanları haqqında digər intizam tədbirləri görülmüşdür. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti, bugünkü hakimiyyət vətəndaşa qarşı törədilən hər bir haqsızlığa qarşı ciddi tədbirlər görür və görəcəkdir.

Sonra nazir Ramil Usubov jurnalistləri maraqlandıran suallara ətraflı cavab verdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub