Daxili Qoşunların bir qrup hərbi qulluqçusu təltif edilib
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 25-ci ildönümü münasibətilə Qoşunların bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə iki nəfər (bir nəfər ölümündən sonra) “Vətən uğrunda”, iki nəfər (ölümündən sonra) “İgidliyə görə”, 16 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:02]
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
- 13.10.2026 [13:49]
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
- 13.10.2026 [13:44]
Laos Prezidenti Zəfər parkını ziyarət edib
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]