Dendrologiya İnstitutu onlayn iclas keçirib
Bakı, 20 aprel, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunduğundan AMEA Dendrologiya İnstitutunun əməkdaşları fəaliyyətlərini evdən davam etdirirlər. Aprelin 20-də AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov institutun müvafiq laboratoriya, şöbə rəhbərləri ilə onlayn iclas keçirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda karantin rejimindən irəli gələn sosial təcrid şəraitində elmi tədqiqatların mümkün vasitələrlə davam etdirilməsi və onlayn əlaqələndirilməsi məsələsi müzakirə edilib.
Karantin dövründə əməkdaşların 11-ə qədər məqaləsi beynəlxalq və yerli jurnallarda dərc olunub. Şöbələrin əməkdaşları beynəlxalq elmi konfranslarda onlayn iştirak ediblər.
Elmi müəssisənin rəhbəri pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəklədiyini bildirib, institutun fəaliyyətinin koordinasiyası məqsədilə onlayn iclasların mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonda onlayn iclasda dinlənilən hesabatlar qənaətbəxş hesab edilib.