Dənizdə batan “Arvin” gəmisindən altı nəfərin həyatı xilas edilib
Ankara, 17 yanvar, AZƏRTAC
Qara dənizin Türkiyə səmtində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Rusiya dövlət bayraqlı “Arvin” adlı quru yük gəmisinin ekipajından altı nəfər xilas edilib, dörd nəfərin cəsədi tapılıb.
AZƏRTAC xəbər verir ki, Bartın limanındakı gəmilər və Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi heyəti axtarış-xilasetmə işlərini davam etdirir. Türkiyə Milli Müdafiə Nazirliyi qəza hövzə rayonuna kömək üçün kater göndərib.
Bartın valisi Sinan Güner açıqlamasında bildirib ki, “Arvin” Gürcüstandan Bolqarıstana yük daşıyırmış. Gəminin Bartın limanı ilə əlaqəsi olmadığı üçün digər məlumatlar yoxdur. Gəmidə 12 nəfər ekipajın olduğu bildirilir.
İlkin məlumata görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub. Hazırda Qara dənizdə fırtınalı hava hökm sürür.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]