Deputat: Medianın müasir tələblərə uyğun inkişaf etdirilməsi zəruridir
Bakı, 21 iyul, AZƏRTAC
Prezident İlham Əliyev Şuşada keçirilən Qlobal Media Forumunda medianın gələcək fəaliyyət istiqamətləri ilə bağlı mühüm mesajlar verib və onun cəmiyyətdəki rolunu yüksək qiymətləndirib.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputat Fazil Mustafa bildirib.
O deyib ki, müasir dövrdə media fəaliyyətini daha çox peşəkarlıq və analitik təhlil üzərində qurmalıdır.
“Əvvəllər informasiyanın yayılması missiyanı qəzet və televiziya daşıyırdısa, hazırda bu sahədə sosial şəbəkələr də mühüm rol oynayır, hətta media da müəyyən mənada onlardan qidalanır. Bu baxımdan media ilə sosial şəbəkələr arasındakı əlaqələrin daha da təkmilləşdirilməsinə ehtiyac var”, – deyə Fazil Mustafa diqqətə çatdırıb.
Deputat vurğulayıb ki, bütün hallarda Azərbaycan mətbuatının zəngin ənənələri qorunmalı, Həsən bəy Zərdabinin əsasını qoyduğu peşəkar və obyektiv media prinsipləri jurnalistlərin fəaliyyətində əsas meyarlardan biri olmalıdır. “Rəngarəng media platformalarının formalaşdığı müasir dövrdə daha çevik və intellektual fəaliyyət modeli yaradılmalıdır. Əvvəllər qəzet və jurnal üzərində formalaşan media anlayışı artıq dəyişib və daha geniş məzmun kəsb edir. Bu anlayışın müasir tələblərə uyğun inkişaf etdirilməsi olduqca zəruridir”.
Müxbir - Şəlalə Camal
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [23:25]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [21:52]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:05]
Yeni dərman zavodundan REPORTAJ VİDEO
- 05.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [19:02]
Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO
- 05.10.2026 [18:03]