“Dəyirmi masa”da Xəzərin bioloji resurslarının zənginləşdirilməsi yolları müzakirə edilmişdir
Neftçala, 12 avqust (AZƏRTAC). Neftçaladakı xıllı nərə balıqartırma zavodunda Xəzərdə ətraf mühitin mühafizəsi ilə bağlı “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları körpə balıqlar yetişdirilən dairəvi hovuzlar sexinə baş çəkmişlər. Müəssisədə yaradılan şəraitlə tanış olan jurnalistləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.
“Dəyirmi masa”da bildirilmişdir ki, Dünya Bankının “Təxirəsalınmaz ekoloji layihələri” çərçivəsində tikilən zavod artıq səkkiz ildir ki, fəaliyyət göstərir. Müəssisənin maksimum istehsal gücü ildə 15 milyon körpə balıq yetişdirməkdir. Ən müasir texnologiyalar əsasında qurulan müəssisədə sürfələr və körpələr yetişdirilərək Kür çayı vasitəsilə dənizə buraxılır. İndiyədək 44 milyon körpə balıq Xəzərə buraxılmışdır ki, bu da hövzədə bioloji resursların zənginliyinə böyük töhfədir.
Diqqətə çatdırılmışdır ki, beynəlxalq konvensiyalara uyğun olaraq Xəzərin bioloji resurslarının zənginliyinə nail olmaq üçün ölkədə davamlı layihələr həyata keçirilir. Bu sahədə əhalinin ekoloji maarifləndirilməsinin də mühüm yer tutduğunu deyən natiqlər bir sıra təkliflər irəli sürmüş və işgüzar fikir mübadiləsi aparmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]