Dillər Universitetində “Çinin mənəvi mədəniyyəti” mövzusunda növbəti seminar
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Çinin mənəvi mədəniyyəti” silsiləsindən “Simvollar və rəqəmlər haqqında təlim”ə və ya Çin numerologiyasına həsr olunmuş növbəti tələbə seminarı keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarı açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Sun və Han sülalələri dövründə Çin numerologiyasının formalaşma tarixindən danışıb, “Simvollar və rəqəmlər haqqında təlim”in Çinin fəlsəfi və dini təlimlərinin, elmin, ədəbiyyatın və incəsənətin inkişafına təsirini qeyd edib.
Seminarda ADU-nun çinşünas tələbələri numeroloji elementlərin növləri və çeşidləri - simvol və rəqəmlər, tsiklik işarələr, “Yer budaqları” və “Səma gövdələri” heroqlif qruplarından danışıblar. Tələbələr, həmçinin Çin numerologiyasının görünüşü haqqında əfsanələr və qədim traktatlar, Çin rəqəmlərinin xüsusi enerjisi, onların mənası və ulduz düzülüşü haqqında məlumat veriblər.
Tədbir çərçivəsində insan şəxsiyyətinin və onun taleyinin təhlilinin tərtib olunması, habelə Fenq Şui üzrə otağın harmoniyasının müəyyən edilməsi üçün astroloji “Lo Şu Kvadratı”ndan istifadəyə dair ustad dərsi keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]