ELM VƏ TƏHSİL
Dillər Universitetinin Konfutsi İnstitutu Çin şirkətlərinin sərgisində iştirak edib






Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu Bakı Ekspo Mərkəzində keçirilən “Çin şirkətləri və məhsulları sərgisi”ndə iştirak edib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Konfutsi İnstitutunun stendində institut tərəfindən Çin dilində nəşr olunmuş “Heydər Əliyev və Çin”, “Azərbaycan Respublikası və Çin Xalq Respublikası: diplomatik əlaqələrin qurulmasının 30 ili. Prezident salnaməsi”, “İlham Əliyev iki qədim xalqın dostluğunun müasir davamçısıdır”, “Azərbaycanda Çin mədəniyyət ocağı”, “Azərbaycan çinşünaslıq məktəbi” kitabları təqdim edilib.
Konfutsi İnstitutunun müəllimləri Çin şirkətlərinin nümayəndələrinə azərbaycanlı həmkarları ilə ünsiyyət qurmaq üçün dil tərcüməsində kömək edib, həmçinin sərgidə rəngarəng mədəni proqramla çıxış ediblər. Bu proqram çərçivəsində Çin hulusi fleytasında “Mavi naxışlı çini” melodiyası, “Kimin üçün” adlı mahnı və “Şaftalı çiçəkləri” adlanan Çin rəqsi ifa olunub.
Sərgidə 100-dən çox Çin şirkəti öz innovativ məhsullarını və müasir texnologiyalarını nümayiş etdirib.