DİN: 9 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 8 fevral, AZƏRTAC
Polis əməkdaşlarının fevralın 7-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 3,6 kiloqrama yaxın heroin və 5,4 kiloqramdan çox marixuana olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.