CƏMİYYƏT
DİN-in əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər VİDEO
Bakı, 12 dekabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Nazirliyin əməkdaşları Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.