DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ SƏDRİNİN İRANA SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Səfərin ilk günü ümummilli lider Heydər Əliyevin ölkəmizin Tehrandakı səfirliyindəki büstü qarşısına əklil qoyulmuşdur.
Dörd gün davam edən səfər çərçivəsində H.Orucov İranın xarici işlər naziri Məniçehr Mottəki, mədəniyyət və islami irşad naziri Səfər Hərəndi, İran Prezidentinin müşaviri Səmərə Haşımi, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Mehdi Mustafavi və digər rəsmi şəxslərlə görüşmüş, Qum şəhərindəki Beynəlxalq Universitetdə təhsil alan azərbaycanlı tələbələrin təhsili ilə maraqlanmış, Təbriz, Məşhəd və Ərdəbildə olmuşdur.
Görüşlərdə islami dəyərlərin və regionda dini sabitliyin qorunmasına, dini dözümlülüyün möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır.
Görüşlərdə iki ölkə arasında münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri yüksək qiymətləndirilmiş, bu siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi vurğulanmışdır. Bildirilmişdir ki, Azərbaycan-İran əlaqələri inkişaf edir və bu, hər iki ölkənin xalqlarının ümumi maraqlarına tam uyğundur.
Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov görüşlərdə iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]