Dohanın məşhur və nadir tikilisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Bakı, 29 may, AZƏRTAC
Qətər Dövlətinin paytaxtı Doha şəhərinin ən məşhur və nadir tikililərdən biri olan Şeraton otelinin binası üzərində Azərbaycan dövlət bayrağı əks olunub.
Ölkəmizin Qətərdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, 28 May - Respublika Günü münasibətilə təşkil olunmuş bu tədbir Dohada yaşayan soydaşlarımız tərəfindən rəğbətlə qarşılanıb, şəhərin yerli və əcnəbi sakinlərinin marağına səbəb olub.