Donald Tramp təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinni əfv edib
Vaşinqton, 26 noyabr, AZƏRTAC
Prezident Donald Tramp milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinnin əfvi barədə sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, 2017-ci ildə Flinn Rusiyanın ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə ehtimal edilən müdaxiləsinin araşdırılması zamanı Federal Təhqiqatlar Bürosunun agentlərinə yalan ifadələr verməkdə təqsirkar olmasını etiraf edib.
Flinn 2017-ci ilin yanvarında Trampın inauqurasiyasından əvvəlki bir neçə həftə ərzində Rusiyanın ABŞ-dakı sabiq səfiri ilə əlaqədə təqsirləndirilir. Həmin vaxtdan Flinn öz təqsirinin etirafından imtina etməyə çalışıb, prokurorluq tərəfindən onun hüquqlarının pozulduğunu və aldatma yolu ilə təqsirini boynuna alması barədə onunla razılaşma bağladığını iddia edib. Flinnə hökmün oxunması tarixi bir neçə dəfə təxirə salınıb.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]