Donald Tramp: Ukraynadakı münaqişə III Dünya müharibəsinə çevrilə bilər
Bakı, 12 dekabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın fikrincə, Ukraynada davam edən münaqişə III Dünya müharibəsinə çevrilə bilər.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı bu barədə Ağ Evdə jurnalistlərlə görüşündə deyib. “Biz Ukraynadakı münaqişənin bitməsi üçün səy göstəririk. Əgər vəziyyət nəzarətdən çıxsa, III Dünya müharibəsinə səbəb ola bilər”, - deyə Donald Tramp bildirib.
ABŞ liderinin sözlərinə görə, Vaşinqton bu məsələdə Ukrayna və Rusiya ilə razılığa gəlməyə yaxındır.
Qeyd edək ki, Donald Tramp noyabr ayında münaqişənin nizamlanması üzrə 28 maddəlik planını təklif etdikdən sonra Ukrayna ilə bağlı danışıqlar intensivləşib. Sənəd Kiyev və onun Avropalı tərəfdaşlarının narazılığına səbəb olub. ABŞ prezidenti daha sonra orijinal planın Kiyev və Moskvanın mövqeləri nəzərə alınmaqla yenidən hazırlandığını və yalnız bir neçə mübahisəli məsələnin qaldığını deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]