Bakı, 23 may, AZƏRTAC
Yanvar-aprel aylarında Azərbaycana 17 min 330 ton düyü idxal olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Dörd ayda idxal edilən düyünün dəyəri isə 14 milyon 578 min ABŞ dolları təşkil edib.