DOST Mərkəzində pulsuz göz müayinəsi aksiyası aparılıb
Bakı, 28 aprel, AZƏRTAC
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar 4 saylı Bakı DOST Mərkəzində vətəndaşların pulsuz göz müayinəsi aksiyası aparılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Batıgöz Klinikasının mütəxəssisləri tərəfindən həyata keçirilən aksiyada vətəndaşlar üçün müayinələr aparılıb, həmçinin bu sahə üzrə maarifləndirici bukletlər paylanılıb.
Gün ərzində davam edən aksiyada onlarla vətəndaş iştirak edib.