Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası: Elm, təhsil və idmanda yeni uğurlara doğru

Bakı, 20 yanvar, AZƏRTAC

Bədən tərbiyəsi və idman sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlandığı ali təhsil müəssisəsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) bu yaxınlarda 90 illik yubileyini qeyd edib.

AZƏRTAC xəbər verir ki, Bakıda 1930-cu ilin noyabrın 8-də fəaliyyətə başlayan Zaqafqaziyanın ilk ali idman məktəbi - Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutu təkcə Azərbaycanda deyil, bütün Qafqaz bölgəsində idmanın inkişafına mühüm təsir göstərib. Altı il sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (ADBTİİ) çevrilən tədris ocağı ötən onilliklər ərzində respublikamızda 30 min nəfərdən çox fiziki-texniki hazırlıq səviyyəsi yüksək olan idmançılar, həmçinin pedaqoji, psixoloji-tibbi təlim metodikasına mükəmməl yiyələnən mütəxəssislər hazırlayıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə ADBTİİ-nun yeni binasının açılışı idmanımızın tədrisi sahəsində daha geniş perspektivlər açıb. O vaxtdan bu ali məktəb respublikamızda idmanın inkişafında mühüm rol oynayan, hamının idman ocağı kimi rəğbət bəslədiyi tədris ocağına çevrilib.

Ötən müddətdə ali məktəbin fəaliyyətində idmanımızın korifeylərindən Abbas Ağalarov, Rza Baxşəliyev, İbrahimpaşa Dadaşov, Məsmə Məmmədova, Tofiq Abbasov, Şamil Şamxalov, Əfqan Səfərov, Rza Baxşəliyev, Tofiq Bəhramov, Ələkbər Məmmədov, Bəhram Nərimanov və bir çox başqalarının müstəsna xidmətləri olub. Azərbaycana Yay Olimpiya Oyunlarında ilk mükafatı da bu kollektivin üzvü Rəşid Məmmədbəyov qazandırıb. O, 1952-ci ildə 4-cü kursda oxuyarkən Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə gümüş medal qazanıb. Sonradan institutun digər tələbə və məzunları - atletika üzrə Xandadaş Mədətov, güləş üzrə Aydın İbrahimov, Xəzər İsayev, Arif Niftullayev, Məhyəddin Allahverdiyev, voleybolçu İnna Rıskal, həndbolçular Rəfiqə Şabanova, Lüdmila Şubina, qılıncoynadanlar İlqar Məmmədov, Boris Koretski, futbolçu İqor Ponomaryov və onlarca başqa idmançılarımız Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında qələbə estafetini layiqincə davam etdiriblər.

Müstəqil, müasir Azərbaycanın idman hərəkatında irəliləyişi 1997-ci ildən - İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra baş verib. O vaxt Sidney Yay Olimpiya Oyunlarına lisenziya qazanan 31 idmançıdan 23-ü ADBTİA-nın tələbə və məzunları idi. Onlardan Namiq Abdullayev sərbəst güləş, Zemfira Meftahətdinova stend atıcılığı yarışında Olimpiya çempionu olub, komandamızın digər üzvü Vüqar Ələkbərov isə boksumuzun tarixində ilk Olimpiya mükafatını qazanıb. 1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılıb, 1 il sonra respublika ali təhsil ocağı Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına çevrilib.

Son illərdə ali məktəbdə təhsilin keyfiyyətini yüksəltmək məqsədilə mühüm yeniliklər həyata keçirilir. Yeni tədris korpusu, idman zalları yaradılıb, ən müasir avadanlığın quraşdırılması ilə maddi-texniki baza təkmilləşdirilərək dünya standartları səviyyəsinə çatdırılıb. 2016-cı ildən başlayaraq Akademiyada ardıcıl islahatlar aparılır, tam yeni infrastruktur, o cümlədən elektron kitabxana, tədris laboratoriyaları və s. yaradılıb, təhsil imkanları genişləndirilərək distant və onlayn təhsil imkanları, İKT-nin tətbiqi, tələbə və professor-müəllim heyətinin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması həyata keçirilir, qabaqcıl təcrübə öyrənilir və beynəlxalq əməkdaşlıqlar qurulur.

Aparılan islahatlar tədrisin keyfiyyətinə və Akademiyanın ictimai nüfuzuna böyük təsir göstərib. Son illər ərzində tələbə qəbulu 80 faiz, tələbələrin ümumi sayı 32 faiz artıb. Azərbaycan idman təhsil sistemində böyük yeniliklərdən biri də, akademiyada 2017-ci ildən “Məşqçi”, “İdman menecmenti və kommunikasiya”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” bakalavr ixtisasları üzrə yeni tədris proqramları hazırlanması, bu sahədə yeni təhsil standartlarının təsdiq edilməsidir. Eyni zamanda, ingilis dilində modul tipli - “İdman Jurnalistikası”, “İdman menecmenti”, “İdman tibbi və reabilitasiya” yeni magistr ixtisasları yaradılıb.

Təhsil ocağında akademik heyətin inkişaf etdirilməsi və ingilisdilli proqramlarda dərs deyən əcnəbilərin milli mütəxəssislərlə əvəz etdirilməsi məqsədi qarşıya qoyulub. Artıq magistratura proqramlarının məzunlarının pedaqoji fəaliyyətə cəlb edilməsinə başlanıb.

Təhsil ocağının 90 illik tarixində ilk dəfə Akademiyada pedaqogika və tibb elmləri üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktorantura təsis edilib.

Akademiyada 2020/2021-ci tədris ilində “SABAH” qrupları layihəsinin təcrübəsi əsasında “İdman menecmenti və kommunikasiya” bakalavr ixtisası üzrə istedadlı tələbələr üçün ilk “SABAH” qrupu yaradılmasını da xüsusi qeyd etmək lazımdır. Qrup xüsusi seçim yolu ilə formalaşdırılıb və burada tədrisin ingilis dilində aparılması nəzərdə tutulub.

Beləliklə, Akademiyada davamlı olaraq bakalavr, magistratura və doktorantura səviyyələrində beynəlxalq standartlara uyğun vahid tədris modeli qurulur.

Akademiyanın tələbələri öz vətənpərvərlik hissləri ilə də seçilərək cəmiyyətdə xüsusi maraq doğurublar. 90 illik yubileyini noyabrın 8-də - Azərbaycanın Zəfər Günü tarixində böyük qürurla qeyd edən ali təhsil ocağının məzunları arasında 3 Milli Qəhrəmanımız, Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə böyük şücaət göstərən saysız-hesabsız igidlərimiz var.

ADBTİA-nın Multimedia Mərkəzinin nəzdində yeni yaradılmış “ASAPES GOLD” radiosunun “Qaliblər” layihəsi ilə start götürməsi heç də təsadüfi deyil. Çünki 44 günlük Vətən müharibəsində ADBTİA-nın 60-dan çox tələbəsi iştirak edib və Vətən borcunu ləyaqətlə yerinə yetirən igidlərimizi daha yaxından tanıtmaq üçün layihənin xüsusi əhəmiyyəti var.

Qırx dörd günlük müharibənin ilk günlərində Akademiya tərəfindən Ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olan "Mitsubishi Pick-up L200" avtomobilləri təqdim edilib. Döyüş bölgəsindəki əsgərlərə dəstək məqsədi ilə akademik, inzibati heyət və tələbələr öz ürək sözlərini əks etdirən “Əsgərə məktub” yazıblar və Akademiya tərəfindən hazırlanan hədiyyə paketlərinə əlavə edərək cəbhə bölgəsinə göndəriblər.

Vətənə bağlılığı daha da gücləndirmək, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyasını aşılamaq, milli-mənəvi və ümumbəşəri dəyərləri düzgün şəkildə təbliğ etmək məqsədilə təhsil ocağında tələbə gənclərlə iş və gənclərin vətənpərvərlik tərbiyəsi bundan sonra da əsas prioritet olaraq qalacaq.

İnanırıq ki, 90 illik tarixə malik ali təhsil ocağı məqsədlərə çatmaq üçün qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcək və vətənpərvər, müasir kompetensiyalı ziyalı ordusunun yetişdirilməsinə sanballı töhfələr verməkdə davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq