Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Dəniz Agentliyində 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət Dəniz Agentliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbir iştirakçıları tarixi günlə bağlı fikirlərini bölüşüblər.

Qeyd olunub ki, müdhiş 20 Yanvar günü Azərbaycanın çağdaş tarixində müstəqillik yolunda cəsarətli, ən dəyərli səhifələrdən biri sayılır. Azərbaycanın müstəqilliyi və suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda qətiyyətlə ayağa qalxan əliyalın xalqımız təpədən dırnağa qədər silahlanmış imperiya qoşunlarının qarşısında əyilməyib, sınmayıb. Mərd və igid insanlarımız ölümü əsarətdən və zülmdən üstün tutmaqla, şərəfli şəhidlik zirvəsinə yüksələrək həm özlərinə, həm də Vətənə qəhrəmanlıq salnaməsi yaradıblar.

Bakıya qoşunların qanunsuz yeridilməsi nəticəsində paytaxtda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Bu faciə Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyan mənfur planın tərkib hissəsi olub. Xalqımız həmin gün üstünə şığıyan tanklara, avtomat və pulemyot güllələrinə qarşı sinəsini verməyi, öz mənliyini və mətinliyini nümayiş etdirməyi bacarıb. O ağır günlərdə xalqımızın ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükədə qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib terror aktını qətiyyətlə lənətləyib.

Ulu Öndərin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb, bu qanlı faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib. Prezident İlham Əliyev bütün şəhid ailələrinin, o cümlədən 20 Yanvar şəhid ailələrinin problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Şəhid ailələrinin rifahının, həyat şəraitinin yaxşılaşdırılması yönündə vacib addımlar atılır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılması və dünyada tanıdılmasına böyük diqqət yetirdiyini qeyd edən tədbir iştirakçıları vurğulayıblar ki, Mehriban xanım Əliyeva 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin problemlərinin həllinin diqqətdə saxlanılması, 20 Yanvar hadisələri zamanı sağlamlığın itirən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlıqlarının bərpası istiqamətində mühüm işlər görülməsini diqqətdə saxlayır.

Tədbirdə çıxış edənlər bildiriblər ki, 1990-cı il yanvarın 20-də sovet hərbi gəmilərinin hərəkətinə yol verməmək üçün 102 iri və onlarla xırda gəmi, Bakı buxtasına gedən yolun qarşısını kəsib. Bütün xəbərdarlıqlara və hədələrə baxmayaraq geri çəkilməyiblər. O zaman blokadada olan, xarici ölkələrlə əlaqəsi kəsilən və heç bir yerdən kömək ala bilməyən gəmi kapitanları, özləri hərəkətə keçiblər. Onlar “Dəniz vağzalı”na gələrək “Sabit Orucov” adlı gəmidə ştab yaradaraq, 7 nəfər kapitanla birlikdə Kapitanlar Şurasını seçib, yekdilliklə SOS siqnalı vermək qərarına gəliblər. Mətin Azərbaycan, rus və ingilis dillərində yayımlanıb. Bunun sayəsində bütün dünyaya Bakıda baş verən qanlı hadisə ilə bağlı məlumat yayılıb.

Həmin gün bütün dənizçilər düşmənə qarşı birləşiblər. Kapitanlar tabeliklərində olan irili-xırdalı gəmiləri Bakı buxtasına yönəldib. Çətin vəziyyətə düşsələr də, ümidlərini kəsməyərək, hər tərəfə məlumat ötürüblər. Xarici dövlətlərin mətbuatları ancaq TASS Teleqraf Agentliyinin verdiyi məlumatları yayıb. Amma Azərbaycandan gedən dolğun məlumatlar, həmin dənizçilərin, həmin xarici gəmilərin qəbul edib yaydığı xəbərlərə istinad edərək, Bakı faciəsini olduğu kimi dünya ictimaiyyətinə çatdıra biliblər.

Dənizçilərin dilində “ölü dəqiqə” deyilən termin var. Hər saatdan bir 3 dəqiqə dünya dənizçiləri yeni məlumat alıb. Yanvarın 20-si səhər saat 11:30-dan 21-nə keçən gecəyədək mütəmadi təkrar olunan SOS siqnalının ilk mətninin əks sədasını dənizçilər Baltik və Aralıq dənizlərindən verilən radioqramlardan alıblar. Eyni zamanda, dənizçilər etiraz olaraq hər yarım saatdan bir həyəcan siqnalı da verib.

Verilən SOS siqnalı sayəsində dünyanın 50-dən çox ölkəsinin dənizçiləri onların harayına səs verib. Bütün radioqramlarda öz həmrəyliklərini və bu faciənin bütün dünyaya çatdırılmasına kömək edəcəklərini bildiriblər. Bu, dünya dənizçilərinin öz həmrəyliklərini bu cür nümayiş etdirdiyi ilk hadisə kimi tarixə düşüb.

Tədbirdə çıxış edənlər Şəhidlərimizə Allahdan rəhmət diləyərək bildiriblər ki, 20 Yanvar hadisəsi Ümummilli Hüzn Günü olması ilə yanaşı, həm də tariximizin şərəfli qəhrəmanlıq səhifələrindəndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik