Dövlət Departamenti İsrailə 5,7 milyard dollarlıq silah satışını təsdiqləyib
Bakı, 31 yanvar, AZƏRTAC
ABŞ Dövlət Departamenti İsrailə ümumi dəyəri 5,7 milyard dollardan çox olan zirehli maşınlar və helikopterlərin potensial satışını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə hökumətlərarası sazişlər çərçivəsində xarici ölkələrə hərbi texnika və silah satışına cavabdeh olan Pentaqonun Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Bəyanatda bildirilib ki, İsrail ABŞ-dan 3,8 milyard dollar dəyərində 30 ədəd “AH-64E Apache” hücum helikopteri və onlarla əlaqəli avadanlıq almaq niyyəti ilə müraciət edib. Ayrı bir açıqlamada isə İsrailin ABŞ-dan 1,98 milyard dollar dəyərində 3250 ədəd “Joint Light Tactical Vehicle” (JLTV) tipli çoxməqsədli zirehli maşın və müvafiq avadanlıq əldə etmək istədiyi qeyd olunur.
Hər iki satış əməliyyatı ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənib və bununla bağlı rəsmi bildirişlər ABŞ Konqresinə təqdim edilib.
Sənədlərdə qeyd olunur ki, İsrailə silah satışları Yaxın Şərqdə “strateji tərəfdaşın təhlükəsizliyini gücləndirməklə” ABŞ-ın xarici siyasətinə və milli təhlükəsizliyinə xidmət edəcək. Eyni zamanda vurğulanır ki, bu sövdələşmələr bölgədə mövcud güc balansını dəyişdirməyəcək. Pentaqonun qiymətləndirməsinə görə, satışlar ABŞ ordusunun döyüş hazırlığına mənfi təsir göstərməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]