DÖVLƏT ƏMLAKININ ÖZƏLLƏŞDİRİLMƏSİNƏ NƏZARƏT ÜZRƏ DÖVLƏT KOMİSSİYASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq, dövlət əmlakının özəlləşdirilməsi prosesinə dövlət nəzarətini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın.
Komissiyanın sədri:
Azərbaycan Respublikasının Baş naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının ədliyyə naziri
Azərbaycan Respublikasının vergilər naziri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Respublikasının sənaye və energetika naziri
Azərbaycan Respublikasının nəqliyyat naziri
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının təhsil naziri
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Azərbaycan Respublikasının gənclər və idman naziri
Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 fevral 2007-ci il.