Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Film Fondunda 80 mindən çox film materialları qorunub saxlanılır - REPORTAJ

Bakı, 1 avqust, Fidan Əlizadə, Nahid Xəlilov, AZƏRTAC

Dünyanın ən nüfuzlu kinorejissorlarından biri olan Luis Bunuel deyir ki, kino hissləri, arzuları və şüuraltını izah etmək üçün ən yaxşı vasitədir. Bu sahə dünya mədəniyyətində möhkəm dayaqlar yaradıb. Günümüzdə Azərbaycan incəsənətinin sürətlə inkişaf edən sahələrindən biri olan kinonun tarixi dünya kinosu ilə eyni anda yaranıb və keşməkeşli günlərdən keçərək mütərəqqi inkişaf yolu qət edib. Bu qiymətli incəsənət nümunələrinin qorunması və gələcək nəsillərə ötürülməsi üçün tarixən müxtəlif üsullardan istifadə edilib. Hazırda filmlər rəqəmsal cihazlarda saxlanılır, əvvəllər isə kinolentlərdən istifadə olunurdu. Ölkəmizdə istehsal olunan film kinolentlərinin nüsxələri Dövlət Film Fondunda qorunur.

2 Avqust - Azərbaycan Kinosu Günü ərəfəsində Bakı Dövlət Universitetinin AZƏRTAC-da təcrübə keçən tələbələri Dövlət Film Fondunda olublar.

Beş əsas fəaliyyət istiqaməti olan Fond

Dövlət Film Fondu Bakı şəhəri, Moskva prospekti 1D ünvanında yerləşir. Fondun həyətinə daxil olduqda sağ tərəfdə yerləşən kiçik və ortahəcmli çəkiliş kranlarını və kömürlə işləyən işıq qurğularını görürük. Muzeyin əməkdaşı bizi qarşılayır və birlikdə fondun binasına daxil oluruq. 2008-ci ildə Prezident İlham Əliyevin “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na əsasən inşa olunmuş zövq oxşayan binanın birinci mərtəbəsində yer alan guşədə Ümummilli Lider Heydər Əliyevin kino xadimləri ilə görüşlərini əks etdirən fotolar nümayiş olunur.

Keçmiş sovetlər dönəmində Azərbaycanda “Film Fondu” anlayışı olmayıb. Ona görə ki, həmin dövrdə çəkilən filmlər birbaşa olaraq Moskvaya təhvil verilirdi. Ölkəmiz müstəqillik əldə etdikdən sonra belə bir təşkilatın yaranmasına ehtiyac duyulub. Məhz bu səbəbdən də 1993-cü ildə Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Film Fondu yaradılıb. Fondun 5 əsas fəaliyyət istiqaməti var; filmlərin bərpası və qorunması; milli və xarici kino sənətinin təbliği; arxiv material-faktlarının toplanması; elmi - tədqiqat və araşdırma işlərinin aparılması; beynəlxalq əlaqələr üzrə işlərin aparılması. Fondda 80 mindən çox saxlanma vahidi həcmində film materialları qorunub saxlanılır.

Binanın dəhliz divarlarında xronoloji ardıcıllıqla film çəkilişlərinin kadr arxası fotoları sərgilənir. Burada bir çox məşhur Azərbaycan filminə aid çəkilişləri görmək mümkündür. Şəkillərə baxdıqca bir anlıq keçmişə səyahət edirik. Bundan başqa “İşarəni dənizdən gözləyin”, “Uzaq sahillərdə”, “Qırmızı qatar” və digər ekran əsrlərində istifadə olunan gəmi, qatar və s. maketlər bizdə böyük maraq oyadır.

Bu otaqda 5 dəqiqədən artıq qalmaq insan sağlamlığı üçün təhlükəlidir

Fondun əməkdaşı bizi filmlərin saxlandığı otaqla tanış edir. Mavi, qırmızı və sarı rəngli lentlərin saxlandığı otaqda temperatur aşağı, hava isə rütubətsiz idi. Öyrəndik ki, mavi rəng pozitiv, qırmızı neqativ yüklü lenti, sarı isə səs yazısı olduğunu bildirir. Lentlərə ziyan dəyməməsi üçün müxtəlif prosedurlar aparılır. Bu otaqda 5 dəqiqədən artıq qalmaq insan sağlamlığı üçün təhlükəlidir.

Daha sonra fondda fəaliyyət göstərən muzeydə oluruq. Azərbaycanda kino muzeyi ilk dəfə “Azərbaycanfilm” kinostudiyasının nəzdində 1970-ci illərdə yaradılıb. Təəssüflər olsun ki, 90-cı illərdə həmin muzeyin fəaliyyəti dayandırılıb. Bu səbəbdən də eksponatlar təhlükə altında qalıb. 1996-cı ildə kino muzeyi Film Fondunun tərkibində bərpa olunub. Ötən müddətdə fərqli məkanlara səpələnən və kino xadimlərimiz, onların ailələri tərəfindən qorunub, saxlanılan eksponatlar yenidən muzeyə təhvil verilib.

Üzərində saat olan zərif üzüyə baxmamaq mümkünsüzdür

Bir otaqlı kiçik muzey özlüyündə böyük tarix yaşadır. Bir zamanlar televizor ekranlarında baxdığımız filmlərdə istifadə olunan əşyaları indi canlı olaraq görürdük. "Sehrli xalat" filmindəki sehrli xalat, "Qatır Məmməd" filmindəki Qatır Məmmədin obrazı üçün istifadə edilən əşyalar da bu Fonddadır. Burada qorunan ən qədim eksponat 1910-cu ilə aid Fransa istehsalı olan kameradır. Demək olar ki, Azərbaycanın bütün səssiz filmləri bu kameranın önündə çəkilib. Dövlət Film Fondunda qorunan ən qədim afişa isə 1934-cü ilə aid olan rejissor Mikayıl Mikayılovun “İsmət” filminin afişasıdır.

Burada Azərbaycanın bir çox tanınmış kino xadimlərinin şəxsi əşyalarını görmək mümkündür. Şərqin ilk qadın kinorejissoru Qəmər Salamzadənin əşyaları nümayiş olunan stenddə üzərində saat olan zərif üzüyə baxmamaq mümkünsüzdür. İlk dəfə idi ki, belə bir üzük görürdük.

Muzeydə saxlanılan tələbə bileti

Azərbaycanın korifey sənətkarı Adil İsgəndərov aktyorlar üçün zamanında teatr studiyası açıb. Bizim bir sıra məşhur filmlərdə rol almış aktyorlarımız yenidən orada tədris prosesində iştirak ediblər. Onlar həm öyrənib, həm də öyrədiblər. Həmin studiyaya aid xüsusi tələbə bileti olub və bu tələbə bileti də dəyərli eksponat kimi muzeydə saxlanılır.

Vaxtı ilə “Azərbaycanfilm”də çəkilişlər zamanı fotosınaqlarda istifadə olunan fotoaparat da eksponatlar sırasındadır. Bu fotoaparat fotoqraf Pərviz Quliyevin arxivindəndir. Demək olar ki, bütün məşhur aktyorlarımız bu kameranın önündə fotolarını çəkdiriblər.

Cinlərin əlində tutduğu dəyənək

1977-ci ildə çəkilmiş “Qərib cinlər diyarında” filmində cinlərin əlində tutduğu dəyənəklərdən biri də Fondda saxlanılır. Həmin filmdə ikinci operator vəzifəsində işləyən kinooperator Ələkbər Muradov dəyənəklərdən birini götürüb özündə saxlayıb və daha sonra Fonda təhvil verilib. İllər keçdikcə keyfiyyətini itirən dəyənək Fond tərəfindən bərpa olunub.

“Bizim Cəbiş müəllim” filmində Cəbiş müəllimin əsgərlərə sabun payladığı çamadanı yəqin ki, filmi izləyən hər kəs görüb. Bax, həmin çamadan da burada qorunub, saxlanılır.

Eksponatları izləyərkən gözümüz bir diploma sataşdı. Öyrənirik ki, bu diplom 30 yaşında film çəkilişləri zamanı faciəvi şəkildə həlak olan gənc rejissor Ramiz Əsgərovun “Yaşamaq gözəldir, qardaşım” adlı filminə aiddir.

Fondun beynəlxalq əlaqələri

Dövlət Film Fondu işini günün tələblərinə uyğun qurmaqla yanaşı, həm də beynəlxalq əlaqələrin inkişafına da xüsusi diqqət ayırır. Belə ki, Fond 1999-cu ildən üzvü seçildiyi Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) tövsiyələri əsasında beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərir. Bunun üçün Fond Federasiyanın Brüssel şəhərində yerləşən qərargahı ilə müntəzəm olaraq əlaqə saxlayır, onlardan müxtəlif adda kino ədəbiyyatları, dünya kinosunda arxiv işinin təşkili və bu sahənin inkişafındakı yeniliklər haqqında informasiyalar alır.

Burada olarkən onu da öyrəndik ki, Fondda 11100 adda Azərbaycan və dünya kino əsərlərinin orijinalları və nüsxələri saxlanılır. Həmçinin Fondda kino tarixi ilə bağlı 12 mindən çox foto, dünyanın müxtəlif yerlərində istehsal edilən filmlərin fotoşəkilləri qorunur.

Azərbaycan kinosunun 125 illiyinin, “Azərbaycanfilm” kinostudiyasının isə 100 illiyinin qeyd olunduğu bu günlərdə Fondla tanışlıq bizə kino tariximizlə bağlı çox şeyləri yenidən xatırlatdı. Bir daha əmin olduq ki, bu gün ölkəmizin təxminən bir əsrə yaxın film ehtiyatlarını saxlamaq qabiliyyətinə malik Dövlət Film Fondunda geniş miqyasda görülən mühüm və əhəmiyyətli işlər milli kino sənətimizin dəyərli incilərinin - müxtəlif illərdə çəkilmiş filmlərin daha mükəmməl və etibarlı qorunmasına imkan yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda yeni anbarların tikintisi su təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir

Amanuel Elias: Rəqəmsal mühitdə irqçilik və ayrı-seçkiliyin qarşısının alınması vacibdir

Ozodbek Nazarbekov: Süni intellektin inkişafını mədəniyyət sahəsində tərəqqiyə yönəltməliyik

Fransada istehlakçı inamı son 13 ilin ən aşağı səviyyəsinə düşüb

Dunay çayı kanalizasiya suları ilə çirklənib

İraqda İŞİD üzvü olan yeddi Fransa vətəndaşına həbs cəzası verilib

BMT rəsmisi: Azərbaycanın “ASAN xidmət” modeli uğurlu nümunə kimi bir sıra ölkələrdə tətbiq olunur

Asa Regner: Qadınların təşəbbüslərinə mane olan stereotiplərə qarşı mübarizə aparırıq

Şarlott Kurtua: Rəqəmsal texnologiyalar mədəniyyətlərarası dialoqun inkişafı üçün geniş imkanlar yaradır

Hüseyn Hüseynov: Sahibkarlar iqtisadiyyat və mədəniyyətlər arasında mühüm körpü rolunu oynayırlar

Avropa dövlətləri Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıqları qəbul edir - ŞƏRH

Hindistanlı nümayəndə: Bakı forumu beynəlxalq əməkdaşlıq və innovasiyalar üçün mühüm platformadır

Macarıstanlı həvəskar astronom Yerə yaxın yeni asteroid kəşf edib

ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

S.C.Rzayevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Fransa Senatı Korsikaya muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya islahatını rədd edib

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şarlott Kurtua: Rəqəmsal alətlər tələbələrin biliklərini başqalarına ötürməsinə imkan yaradır

Baş direktor: Azərbaycanda yaradıcı sənayelərin iqtisadiyyatda payı artır

Rəşad Əzizov: Mədəniyyətlərarası Dialoq Forumunun missiyası əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir

FAO və Dünya Bankı: Neft və ərzaq qiymətlərində qlobal təklif şokları inflyasiyaya təzyiqi artırır

Beynəlxalq elmi simpoziumda Azərbaycanın güləş platforması yüksək qiymətləndirilib

Şirvanda beynəlxalq şahmat festivalına yekun vurulub

Fərid Cəfərov: Süni intellektin təsirlərini nəzərə alaraq əməkdaşlıq gücləndirilməlidir

Müşavir: Almaniya iş adamları Azərbaycan ilə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdırlar

Darla Deardorff: Mədəniyyətlərarası səriştə gündəlik həyatımızın bir hissəsi olmalıdır

Azərbaycanda süni intellekt üzrə milli dil modelləri hazırlanır

Migel Anxel Moratinos: Əsas məqsədimiz təşəbbüsləri birgə həyata keçirmək və əməkdaşlığı gücləndirməkdir

Nazir müavini: Azərbaycanda 25 mindən çox dövlət qulluqçusunun rəqəmsal bacarıqları artırılacaq

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb

Yengicə su anbarının tikintisi davam edir

Konqoda Ebola virusuna yoluxanların sayı 10 mini ötüb

VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb VİDEO

VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb VİDEO

Ekspert: İnklüziv təhsil şagirdin sinifdə olmasından daha geniş məna daşıyır - MÜSAHİBƏ

Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun xatirəsi anılıb

Qazaxıstan yerli dron istehsalını genişləndirəcək

Bakı Kitab Sərgisində yeni nəşr: “Mirzə Qədim İrəvani: Zamanların qovşağında”

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Gələn ildən Şimal Dəniz Marşrutu ilə ilboyu yük daşımalarına başlanması gözlənilir

Sabah bəzi yerlərdə yağış yağacaq

Özbəkistanda xərçəngin erkən aşkarlanmasına 59 milyon dollar vəsait ayrılacaq

Dialoq mövcud problemlərin həlli üçün zəruri olan anlaşma mühiti yaradır ŞƏRH

Rəqəmsal gələcək və süni intellekt: VII Dialoq Forumunda plenar iclas

® “Rabitəbank” “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Xarici diplomatik heyət üzvlərinə qeydiyyat vəsiqəsi veriləcək

Almaniyada avtomobil bir qrup insanın üzərinə sürülüb, xəsarət alanlar var

Gənclər Kitabxanası kitab sərgisi çərçivəsində “Süni intellekt və kitabxana: yeni nəsil təqdimatlar” adlı tədbir təşkil edib

Sudanda PUA hücumları nəticəsində 21 nəfər ölüb, 40-dan çox insan yaralanıb

UNESCO rəsmisi: Davamlı sülh cəmiyyətlərdə qərəzlərin aradan qaldırılmasından və uşaqların təhsilindən başlayır

Oktyabr Hörmüzdə ticarət gəmilərinə hücumların sayına görə son 9 ildə ən çətin dövr olub

“Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik

Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir – ŞƏRH

Baş katib: Azərbaycan “Bakı Prosesi” vasitəsilə ölkələri və mədəniyyətləri bir araya gətirir

Adambaşına maliyyələşmə mexanizmi təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər - ekspert

Gecə saatlarında əməliyyat – “zərərçəkənlər” xilas olundu VİDEO

Gecə saatlarında əməliyyat – “zərərçəkənlər” xilas olundu VİDEO

Hidayət Heydərov çəki dərəcəsini dəyişməyəcək

Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib

Sudan hökuməti ölkədə aclıq təhlükəsi barədə xəbərdarlıqlara münasibət bildirib

Komitə rəsmisi: Üç rayonda yeni Ailə Mərkəzinin yaradılması istiqamətində işlər aparılır

Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Hörmüz böhranı istehlakçılara əlavə 468 milyard dollara başa gəlib

Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük VİDEO

Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük VİDEO

Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb

ICESCO-nun Baş direktoru: “Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb

BMT rəsmisi: Dini və mədəni obyektlərin qorunması dinc birgəyaşayış üçün böyük əhəmiyyət daşıyır

Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib

Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislər hazırlanacaq

Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq

Bağçalarda yeni inkişafetdirici layihə: “Yaradaq, quraq!”

Bankların kredit portfeli 33,7 milyard manata çatır

Sentyabrda bankların cəmi aktivləri 1,8 faiz artıb

Saçını düzləşdirən qadın xəstəxanalıq olub

Qazaxda kişi meyiti tapılıb

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib

Mütəxəssis: Sosial dəstək ailələrin problemləri müstəqil həll etmək bacarıqlarını gücləndirir

Borcluların qiymətli kağızlarına tələbin yönəldilməsi qaydası dəyişir

Vətən müharibəsi şəhidi Ruslan Binnətovun ailəsi ziyarət edilib

Bankomat və POS-terminalların sayı azalıb

ADAU-da tələbələrin I Beynəlxalq mədəniyyət festivalından FOTOLAR VİDEO

ADAU-da tələbələrin I Beynəlxalq mədəniyyət festivalından FOTOLAR VİDEO

Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək

Bank sektorunun xarici öhdəlikləri azalıb

“Gəncə” basketbol klubunun yeni baş məşqçisi bəlli olub

İki dahi sənətkarın ortaq ədəbi-fəlsəfi irsi bir arada: yeni elmi toplu çap olunub

Naxçıvanda “mygov” platforması üzərindən vətəndaşların birbaşa müraciət imkanı təmin edilib

Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində ölən və yaralananlar var

Təhlükəli malların bazardan geri çağırılması və məhv edilməsi qaydaları müəyyənləşir

Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür

Fiziki şəxslərin əmanətlərinin 71,4 faizi milli valyutadadır

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Tatev məbədi

İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib

Azərbaycan-Almaniya Biznes Şurasının təsis iclası keçiriləcək

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq VİDEO

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq VİDEO

Bakıda 48,7 kilometrlik yenilənmə: 95 küçə və prospektdə təmir yekunlaşıb

Sentyabrda kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi açıqlanıb

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Almaniya şirkəti: Azərbaycandakı istehsalçılara xarici məhsullardan asılılığın aradan qaldırılması istiqamətində yardım göstəririk