“DÖVLƏT İDARƏÇİLİYİ: NƏZƏRİYYƏ VƏ TƏCRÜBƏ” JURNALININ NÖVBƏTİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəşri olan jurnalın bu nömrəsində oxucular ölkəmizin həyatında baş verən yeniliklər, dövlət idarəçiliyinin və özünüidarəetmənin nəzəriyyəsi və təcrübəsinə dair tədqiqatlardan bəhs edən məqalə və maraqlı xəbərlərlə tanış ola bilərlər.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, jurnalda Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya, Rusiyaya, Qazaxıstana rəsmi səfərləri, qəbulları, professor Vəli Həbiboğlunun tanınmış filosof, görkəmli dövlət xadimi, fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyevin “Fəlsəfə” kitabı haqqında “Yüksək elmi-fəlsəfi dəyərləri yaşadan dərs vəsaiti“ resenziyası, Yeni Azərbaycan Partiyasının İcraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədovun prezidentin 100 gününə həsr olunmuş “Böyük nəticələr vəd edən uğurlu başlanğıc”, AMEA-nın müxbir üzvü Əli Nuriyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” ölkə Prezidentinin Fərmanı və regionların inkişafı”, əmək və əhalinin sosial müdafiəsi naziri, professor Əli Nağıyevin “Dövlətin sosial müdafiə sahəsində siyasəti”, fəlsəfə elmləri doktoru, professor Qoşqar Əliyevin “Planetar təfəkkür bəşəri dəyərdir”, Milli Olimpiya Komitəsinin “informasiya, nəşriyyat və olimpiya komitələri ilə əlaqələr idarəsinin direktoru Cəmaləddin Rəhmanovun “1991-2001-ci illərdə Azərbaycanda olimpiya hərəkatı”, akademiyanın müəllimi Rövşən Əzizovun “Vətəndaş cəmiyyətində dövlət hakimiyyəti” və s. məqalələri, həmçinin təhsil ocağının həyatına dair mətbuat xülasələri dərc edilmişdir.
Nəfis tərtibatla hazırlanmış jurnal “Çaşıoğlu” mətbəəsində çap olunmuşdur.