Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 1 sentyabr, AZƏRTAC
Sentyabrın 1-də “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201240014 ISIN kodlu, tədavül müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, AZ0201240014 kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 499,2 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 345,9 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100,0574 (6,9784 faiz) və kəsmə qiyməti 99,3366 (7,2500 faiz) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 2029-cu il sentyabrın 1-dir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:49]
® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
- 02.10.2026 [16:45]
Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır
- 02.10.2026 [16:21]