Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Mükafatına təqdim olunmuş əsər

Dövlət Mükafatına təqdim olunmuş əsər

Nəriman Nərimanov haqqında monoqrafiya professor Teymur Əhmədovun böyük zəhmət və istedadının bəhrəsidir

Bakı, 18 may, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurası professor Teymur Əhmədovun “Nəriman Nərimanov (həyatı, mühiti, ədəbi-bədii yaradıcılığı)” əsərini Dövlət Mükafatına təqdim edib. AZƏRTAC filologiya elmləri doktoru, professor Əsgər Zeynalov və filologiya üzrə fəlsəfə doktoru Allahşükür Qurbanovun monoqrafiya haqqında qeydlərini oxucuların diqqətinə çatdırır.

Milli Ədəbiyyatşünaslıq aləmində tanınan tədqiqatçı alim Teymur Əhmədov 1961-ci ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdı. Xalq yazıçısı, akademik Mirzə İbrahimov ilk aspirantına N.Nərimanovun ədəbi-bədii yaradıcılığını araşdırmağı məsləhət görmüşdü.

Beləliklə, Teymur Əhmədov Mirzə İbrahimovun rəhbərliyi altında “Nəriman Nərimanovun dramaturgiyası” mövzusunda namizədlik dissertasıyasını başa çatdırıb, Azərbaycan Elmlər Akademiyasının Müdafiə şurasında (İsmailliyə binasında) uğurla müdafiə edir. Gənc tədqiqatçı Moskva, Leninqrad, Həştərxan, Kazan, Tbilisi və digər şəhərlərdə Mərkəzi Dövlət arxivlərində, mərkəzi kitabxanalarda topladığı zəngin materiallar, fotoşəkillər əsasında Nəriman Nərimanovun həyatı, mühiti, xalq işi uğrunda mübarizəsi, ədəbi-bədii yaradıcılığı haqqında dövri mətbuatda məqalələr, oçerklər dərc etdirməklə və kitablar yazmaqla yazıçının ədəbi-bədii irsini təbliğ edib.

Teymur Əhmədovun çoxcəhətli elmi-ictimai fəaliyyətində Nəriman Nərimanov irsinin öyrənilməsi diqqət mərkəzində olub. Elmi rəhbəri akademik Mirzə İbrahimovun tövsiyəsi ilə onun doktorluq elmi işi də Nəriman Nərimanova həsr edilib. Onun ədəbi hadisə kimi qarşılanan müdafiəsində respublikanın bir çox nüfuzlu alimləri - akademiklər Məmməd Cəfər, Kamal Talıbzadə, Firudin Köçərli, AMEA-nın müxbir üzvləri Abbas Zamanov və Yaşar Qarayev öz çıxışlarında Teymur Əhmədovun Nərimanşünas kimi xidmətlərini yüksək qiymətləndirmişlər.

Teymur Əhmədovun “Nəriman Nərimanovun dramaturgiyası” (1971), “Nəriman Nərimanov” (1977), “Nəriman Nərimanov” (1982), “Nəriman Nərimanovun yaradıcılıq yolu”(2005), “Nəriman Nərimanov həyatı, mühiti, yaradıcılığı” (2006) kimi elmi-tədqiqatlarında “Nərimanov dünyası- həyatı, mühiti, ictimai-siyasi, ədəbi-bədii və publisistik fəaliyyəti müxtəlif yöndən işıqlandırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nəriman Nərimanovun 150 illiyi yubileyinin qeyd edilməsi haqqında 2020-ci il 14 fevral tarixli Sərəncamından sonra Teymur Əhmədov Nərimanovun ictimai-siyasi və ədəbi fəaliyyətini “Respublika” qəzetində elmi-kütləvi səpgidə silsilə məqalələrlə oxuculara təqdim edib. Bu gün onun tərtib etdiyi Nəriman Nərimanovun iki cilddə “Seçilmiş əsərləri”, eyni zamanda, hər biri iki müəllif vərəqi həcmində “Nəriman Nərimanov” kitabçası Azərbaycan, türk, rus, ingilis, fransız, fars, Ukrayna dillərində nəşr olunmaqdadır.

Nəriman Nərimanovun 150 illik yubileyi münasibətilə Təhsil nazirliyinin, Mədəniyyət nazirliyinin və Yazıçılar Birliyinin tədbirlər planında böyük ictimai-siyasi xadim və yazıçı haqqında kitab nəşri (“Nəriman Nərimanov”, “Nəriman Nərimanov (fotoalbom)”, “Nəriman Nərimanovun dramaturgiyası”) nəzərdə tutulub.

Professor Teymur Əhmədovun “Nəriman Nərimanov (həyatı, mühiti və ədəbi-bədii yaradıcılığı)” kitabı Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunub. Bu gün diqqətimizi cəlb edən “Nəriman Nərimanov (həyatı, mühiti, ədəbi-bədii yaradıcılığı) monoqrafiyası barəsində nə demək olar?

İlk təəssürat belədir ki, müəllif Nəriman Nərimanovun zəngin irsini araşdırarkən mərkəzi kitabxanalarda, dövlət arxivlərində ciddi axtarışlar aparıb: “Azərbaycan Mərkəzi Dövlət Tarix Arxivi, Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialı partiya arxivi, Moskva şəhərindəki SSRİ Mərkəzi Dövlət Arxivi, Leninqrad şəhərindəki SSRİ Mərkəzi Dövlət Arxivi, AMEA-nın Əlyazmalar Fondu, Gürcüstan SSR Mərkəzi Dövlət Tarixi Arxivi, Gürcüstan SSR Mədəniyyət Nazirliyi Arxivi, Gürcüstan SSR Maarif Nazirliyi xalq maarifi muzeyinin fondu, Azərbaycan Tarixi Muzeyi. Düzdür, arxivlərdə axtarışlar aparıb, tapıntılar əldə etmək asan olmasa da, bu, ərsəyə gələn əsərin zənginliyi, mövzunu tam əhatə etməsi üçün mühüm zəmin yaradır.

Professor Teymur Əhmədovun əsəri belə axtarışlar, zəngin arxiv materialları, qaynaqları əsasında yaranaraq oxuculara təqdim olunub.

Əsər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Kitabın redaktoru akademik Mirzə İbrahimov, ön sözlərin müəllifləri isə akademiklər Cəmil Quliyev və Kamal Talıbzadədir.

Akademik Cəmil Quliyev “Zəhmət və istedadın vəhdəti” adlı yığcam, ancaq çox tutarlı ön sözündə Teymur Əhmədovun N.Nərimanov yaradıcılığına sadiqliyini bildirərək yazır: “70-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında Nəriman Nərimanov haqqında ilk sanballı tədqiqat əsərinin müəllifi kimi kəşf etdim, indiyə kimi də sadiq “əsl Nərimanovçu” kimi N.Nərimanova həsr olunmuş monoqrafiyalar, külliyyatlar, müxtəlif janrlarda məqalə və müxtəlif sənədlər çap etdirən Teymur Əhmədovdur”.

Monoqrafiyanın “Nəriman Nərimanovun bədii yaradıcılığının tədqiqi tarixi” adlı birinci fəslində ədibin bədii yaradıcılığının araşdırılması tədqiqat obyekti kimi götürülüb. Monoqrafiyadan bəlli olur ki, N.Nərimanovun ədəbi yaradıcılığının ilk tədqiqatçısı Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatı tarixində N.Nərimanovun mövqeyini düzgün müəyyənləşdirib. F.Köçərli XIX əsrin sonlarını Azərbaycan ədəbiyyatının ən məhsuldar dövrü adlandırır, sürətlə inkişaf edən dramaturgiyanın M.F.Axundovdan sonra N.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, S.S.Axundov, Ə.Adıgözəlov və başqa nümayəndələrinin yetişdiyini göstərib.

Müəllif görkəmli ədəbiyyatşünas alimlər - Firidun bəy Köçərli, M.Quliyev, H.Zeynallı, Əziz Şərif, H.Səmədzadə, Bəkir Çobanzadə, Mir Cəlalla yanaşı A.Lunaçarski, P.Sibirtsev, S.Qorodetski, M. Pavloviç, S.Veltman, İ.Borozdin, habelə dünya şöhrətli türk alimi Məhəmməd Fuad Köprülzadənin 1926-cı ildə Parisdə fransız dilində Müsəlman aləmi xəbərlərində (“Azərbaycanda teatr” adlı bölməsində) N.Nərimanov yaradıcılığı ilə əlaqədar məqalələrini tədqiqata cəlb edib. Bu alimlər ədibin həm dram, həm də nəsr əsərləri ilə bağlı müxtəlif yöndən dəyərli fikirlər söyləmişlər. Tədqiqatçı həmin fikirlərin hamısını heç də ehkam kimi qəbul etməyib.

Əsərin “Nəriman Nərimanovun həyatı, mühiti, ictimai-siyasi fəaliyyəti (1870-1918)” adlı ikinci fəslində N.Nərimanovun əsil-nəcabəti, ilk təhsili, Qori seminariyasında təhsil alaraq, Borçalı qəzasında yeganə müsəlman məktəbi olan Qızılhacılıda müəllim işləməsi, burada baş verən hadisələrin əsasında “Nadanlıq” pyesinin yaranması diqqətə çatdırılır.

Əsər boyu tədqiqatçı N.Nərimanovun bir amal uğrunda çalışdığını göstərmək istəyir - xalqını azad, müstəqil görmək, milləti təhsillə irəli aparmaq. Bakı realnı məktəbində işləyərkən 3 dərslik hazırlayıb nəşr etdirən N.Nərimanov yazırdı ki, hansı millət qabağa gedib tərəqqi edibdi, ancaq elmin gücünə xoşbəxt olub. Bu maarifpərvər insan Bakıda ilk qiraətxananı açdırmış, bir sıra şəxslər, o cümlədən S.Axundov, H.Z.Tağıyev və açıqfikirli ziyalılar bura kömək göstərmişdi. Qiraətxanaya Bakıda nəşr olunmuş qəzetlərlə yanaşı, müxtəlif yerlərdən, o cümlədən Kəlküttə, İstanbul, Qahirə, Sofiya, Təbriz, Tehran və digər şəhərlərdən xeyriyyə yolu ilə pulsuz kitab, qəzet və jurnal göndərilirdi.

İkinci fəsildə N.Nərimanovun “Nadanlıq”, “Dilin bəlası, yaxud Şamdan bəy”, “Nadir şah” pyeslərini yazması, Qoqolun “Müfəttiş” komediyasını tərcümə etməsi, Odessada təhsil alması, inqilabi hərəkata qoşulması “Həyat”, “İrşad”, “Hümmət” qəzetlərində məqalələr dərc etdirməsi, böyük bir ailənin qayğısını çəkməsi, Cəlil Məmmədquluzadə ilə məktublaşması, Həştərxanda epidemiya dövründə İ.İ.Meçnikovla görüşməsi, məsləhətləşməsi qabarıq şəkildə göstərilib. Müəllif N.Nərimanovun Həştərxandakı sürgün dövründən ətraflı bəhs edib. Əsərdə o da xüsusi vurğulanır ki, N.Nərimanov Şərqi əsarətdən xilas etməyi özünün müqəddəs borcu bilirdi və bu istiqamətdə görüləcək işlərin təməlini qoyurdu.

Monoqrafiyanın “Maarifçi realist ədəbiyyat tarixində yeni mərhələ” adlanan üçüncü fəsli N.Nərimanovun dramaturgiyasına və nəsr əsərlərinə həsr olunub. Bu fəsildə N.Nərimanovun “Nadanlıq”, “Dilin bəlası, yaxud Şamdan bəy”, Azərbaycan ədəbiyyatında ilk tarixi faciə olan “Nadir şah” pyesləri, “Bahadır və Sona” romanı, “Pir”, “Bir kəndin sərgüzəşti” nəsr əsərləri geniş şəkildə tədqiqata cəlb edilib.

Professor T.Əhmədov “Bahadır və Sona” faciəsini ədibin sonuncu səhnə əsəri və onun eyni adlı romanı əsasında yazıldığını bildirir. Xatırlatmaq lazımdır ki, müsəlman oğlu ilə xristian qızının sevgi macərası yeni mövzu deyildi: “Əsli və Kərəm” dastanı, XVIII əsrin dahi fransız ədibi Volterin “Zairə” faciəsi. Bu faciədə də türk oğlu Orosmonla xristian qızının arasındakı məhəbbət xoşagəlməz sonluqla nəticələnir. Dini ayrılıq məhəbbəti faciələrə çevirir.

Ədəbiyyatda bir tendensiya mövcuddur. Əgər yazıçı, yaxud şair öz zamanında olan haqsızlıqları deyə bilmirsə, hadisələri ya başqa ölkədə, ya da hər hansı keçmiş zamanda əks etdirir. Tədqiqatçı yazır ki, N.Nərimanov çar hökuməti orqanlarından yaxa qurtarmaq üçün “Nadir şah” əsərində hadisələri İranın XVIII əsr tarixinə - Şah sultan Hüseyn Səfəvinin dövrünə aid edib. Xəyanət, çəkişmə və intriqa yuvası olan saraylar, xalqdan uzaq düşmüş hökmdarlar bir-birini faciəli surətdə əvəz edirlər. Burada yazıçı çar üsul-idarəsinin dağılması fikrini təbliğ edirdi.

N.Nərimanovun “Pir”, “Bir kəndin sərgüzəşti” hekayələrində dini fanatizmin tənqidi əsərlərin əsas məqsədi kimi təqdim olunub.

Monoqrafiyanın “Nəriman Nərimanov və teatr mədəniyyəti” adlanan dördüncü fəslində N.Nərimanovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs olunur. Araşdırıcı XIX əsrin 90-cı illərini Azərbaycan teatrının xüsusi inkişaf dövrü kimi dəyərləndirir. Ə.Haqverdiyevin əsərdə təqdim olunan aşağıdakı sözləri də həmin fikri təsdiq edir: “...90-cı illərin əvvəllərindən ziyalıların sayı artır. Axundovun yolunu davam etdirən dramaturqlar meydana çıxır, repertuar genişlənir. Bu zaman Nəriman Nərimanov Bakıya gəlib çıxır; bir çox müəllim yoldaşlarının köməyi ilə daimi həvəskar truppa təşkil edir. Tamaşalar camaatı cəlb etməyə başlayır”.

Kitabda Nəriman Nərimanovun milli teatr və tatar teatrı sahəsində xidmətləri ilk geniş elmi şərhli mötəbər mənbələrlə təsbit edilib.

Monoqrafiyanın “Nəriman Nərimanovun ədəbi-nəzəri görüşləri” adlanan beşinci fəslində müəllif bu görkəmli şəxsiyyətin ədəbi-ictimai baxışlarını tədqiq etməyə çalışıb. Ədibin teatr haqqında düşüncələri xüsusilə diqqəti cəlb edir: Komediyanı əyləncə deyil, tərbiyə hesab edən N.Nərimanov yazırdı ki, biz teatrda öz qüsurlarımızı görüb, əlbəttə çalışırıq ki, özümüzü yaxşı adamlara oxşadaq və pis adamlardan kənar olaq. Teatr böyüklər üçün bir məktəbdir.

Ədibin Avropa və rus ədəbiyyatına dərindən bələd olduğunu vurğulayan Teymur Əhmədovun fikrincə, Nəriman Nərimanovun ədəbi-tənqidi və publisistlik məqalələrində Şekspir, Höte, Şiller, Bayron, İbsen, Tolstoy, Turgenev, Krılov, Qoqol, Hüqo, Zolya və başqalarının yaradıcılığına müraciət etməsi təsadüfi deyildir. O, bu yazıçıların ictimai və məzmunlu əsərlərində özünün təbliğ etdiyi ideyaya yaxınlıq görürdü.

Monoqrafiyanın “Nəriman Nərimanovun publisistikası: Maarifçilikdən inqilabi-demokratizmə doğru” adlı altıncı fəslində yazıçının dövri mətbuatda nəşr etdirdiyi məqalələr tədqiqata cəlb edilib. “Tərcüman”, “İrşad”, “Həyat”, “İqbal”, “Hümmət” qəzetlərində çıxış edən N.Nərimanov xalqın maariflənməsini, Şərq xalqlarının azad olunmasını, Azərbaycanın müstəqilliyini həmişə ön planda təbliğ edirdi. “Müsəlman müəllimləri” adlı məqaləsində N.Nərimanov ürək yanğısı ilə yazırdı: “…Vaxt keçibsə də ittifaq edib qabaqda gedən qonşuları elm və fəndə, sənəddə təqib etməli, yüyürüb onlara çatmalı! Yoxsa, getdikcə qaranlıqda qalıb işlərimiz fəna, özümüz xar və zəlil olacağıq”.

Teymur Əhmədov öz tədqiqatında Nəriman Nərimanovun yaşadığı mühitin fonunda onun canlı obrazını yaratmağa çalışıb, maarifçilikdən inqilabi demokratizmə məfkurəvi inkişaf yoluna işıq salıb.

Akademik Cəmil Quliyevin təbirincə desək, “məhz Heydər Əliyevin dühası ilə azərbaycanlı ictimai-siyasi dövlət xadiminə Bakıda ucaldılmış ilk möhtəşəm heykəl Nəriman Nərimanovdur!” Bu, təsadüfi deyildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında 2020-ci il 14 fevral tarixli Sərəncamında deyilir: “Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır.

... Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev muzeyinin açılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin təntənəli keçirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur”.

Məlum olduğu kimi, sovet hakimiyyət illərində ictimaiyyətə “unutdurulmuş” Nəriman Nərimanovun ictimai, ədəbi-bədii, publisist irsini tədqiq edib dəyərli elmi monoqrafik əsər yazılması vətəndaşlıq cəsarəti tələb edirdi.

“Nəriman Nərimanov” kitabının yaranışı ictimai fikirdə yeni hadisə idi, yeni tədqiqatlara yol açırdı. Milli ədəbiyyatşünaslığın görkəmli xadimi, akademik Kamal Talıbzadə filologiya elmləri doktoru, professor Teymur Əhmədovun böyük zəhmətinin və istedadının bəhrəsi - “Nəriman Nərimanov (həyatı, mühiti və ədəbi-bədii yaradıcılığı)” əsərinin Azərbaycan ədəbiyyat elmini zənginləşdirməsinə, gətirdiyi yeniliklərə görə yüksək dəyər verərək yazır: “Oxuculara təqdim olunan monoqrafiya N.Nərimanovun çoxcəhətli fəaliyyəti haqqında vahid metodoloji mövqedən yazılmış sanballı ümumiləşdirici əsərdir. Məhz bu əsəri oxuyanda bir daha əmin olursan ki, hamımızın yaxşı tanıdığını güman etdiyimiz N.Nərimanov haqqında belə bir əsərin yazılması təxirəsalınmaz elmi zərurət imiş. Burada N.Nərimanov bütöv görünür: tədqiqatçı, “Hümmət” qəzetinin ədəbi-tarixi mövqeyindən tutmuş ədibin Tiflis, Bakı, Odessa, Həştərxan dövrü fəaliyyətinə dair ən adi faktlara belə laqeyd qalmamış və maraqlı burasıdır ki, bu tipli əsərlər üçün bəzən zərurətə çevrilən təbii təhlükədən, fakta aludəçilikdən, empirizmdən bacarıqla xilas ola bilmiş, faktın özü yox, onun tarixi mənası haqqında müasir elmi həqiqətləri ümumiləşdirməyə nail olmuşdur. Bunu həm əsərin, həm də alimin elmi nailiyyəti hesab etmək olar”.

Monoqrafiyanın mühüm elmi yeniliyi zənnimizcə bundadır ki, tədqiqatçı N.Nərimanovun şəxsiyyəti və ədəbi-tarixi mövqeyini səciyyələndirə bilən ən başlıca cəhəti ictimai-siyasi şüurla bədii təfəkkürün vəhdəti, qarşılıqlı təsiri problemini ön plana, əsas mövqeyə keçirir. Bizcə belə bir cəhəti ən bariz şəkildə N.Nərimanovla bağlı tədqiqatda vermək olardı.

N.Nərimanov irsinin tədqiqi bir də ona görə əhəmiyyətlidir ki, o, müasir Şərq hadisələrini başa düşməyə, Azərbaycanın tarixi mövqeyi haqqında düşünməyə kömək edə bilər.

Diqqətəlayiqdir ki, T.Əhmədov N.Nərimanovun ədəbi tarixi mövqeyini tarixilik prinsipi ilə tədqiq edə bilib. Ona görə də əsərdə həm burjua mətbuatından, həm də demokratik və marksist mətbuatdan götürülən faktlara obyektiv, vicdan və səmimiyyətlə yanaşılır. Məhz bunun sayəsində də N.Nərimanovun tarixi şəxsiyyət, inqilabçı, filosof və ictimai xadim, böyük sənətkar kimi maarifçilikdən inqilabi-demokratizmə doğru inkişafının həm dünyagörüşü, həm də ədəbi-bədii aspektə inkişafı tarixən doğru izah olunub. N.Nərimanovun xalqla, torpaqla, milli təfəkkürlə, habelə kommunizm nəzəriyyəsi ilə bağlılığı ardıcıl və məntiqli surətdə izah edilib.

T.Əhmədovun N.Nərimanov haqqındakı bu qiymətli əsəri elmi fikrimiz üçün belə bir həqiqəti aşkara çıxarır ki, Azərbaycan ədəbiyyatşünaslığının hələ ayrı-ayrı klassiklərə həsr olunmuş monoqrafik tədqiqatlara ciddi ehtiyacı var. Qoy xalq həyatından, milli mənəviyyatımızın ruhundan, arxivimizdən, təzkirələrimizdən, mətbuat tariximizdən xəbərsiz ədəbiyyatçılar bilsinlər ki, hər hansı sənətkarın bioqrafiyasından, arxivlərdə unudulmaqda olan adi faktlardan kənarda bir çox nəzəri problemləri lazımi səviyyədə, dürüstlüklə həll etmək çox çətindir. T.Əhmədovun tədqiqatı bu cəhətdən də diqqəti cəlb edir. Müəllifin üstünlüyü də onda aşkara çıxdı ki, o, özündən əvvəlki tədqiqatçılara münasibətdə elmi ədalət prinsipini rəhbər tutur, başqa xalqlara, onların mədəniyyətinə də hörmətlə yanaşır. Elə buna görə də alimin polemikaları da səciyyəli və inandırıcıdır.

T.Əhmədovun monoqrafiyası Şərqin yetişdirdiyi qüdrətli simalardan biri haqqında filoloji aspektdə yazılmış ədəbi, tarixi, sosial-fəlsəfi və estetik problemlər qoyub həll edən maraqlı tədqiqat əsəridir. Burada müəllif N.Nərimanova hərtərəfli yanaşıb, onu bütöv göstərməyə çalışıb.

Oxuculara təqdim olunan kitab Nərimanov şəxsiyyəti ilə onun qoyub getdiyi zəngin ədəbi irs arasında ayrılmaz bir vəhdətin olduğunu təsdiqləyən, Nərimanov ideallarını şərh və təhlil edən, qiymətləndirən lazımlı, dəyərli tədqiqat əsəridir.

Ədəbiyyatşünaslıq elminin mərkəzi - Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurası şöbə müdiri, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “Nəriman Nərimanov (həyatı, mühiti, ədəbi-bədii yaradıcılığı)” əsərini Dövlət Mükafatına təqdim edib. Haqq, ədalət naminə həmin əsərin hörmətli komissiya üzvləri tərəfindən rəğbətlə qarşılanacağına ümid bəsləyirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisinin qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub