Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət müstəqilliyimizin bərpasının otuzuncu ildönümü ilə bağlı Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib

Dövlət müstəqilliyimizin bərpasının otuzuncu ildönümü ilə bağlı Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib

Bakı, 15 oktyabr, AZƏRTAC

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpasından otuz il ötür. Xalqımız builki bayramı Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbə sevinci ilə, Qalib Xalq kimi qeyd edir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 15-də dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclis tərəfindən “Müstəqillik Günü haqqında” yeni Qanun qəbul olunaraq dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan müstəqilliyin əldə edilməsi və bərpası kimi əlamətdar günlərə onların mahiyyəti və məzmununa uyğun daha dəqiq və dolğun qiymət verilib və 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü, 28 May - Müstəqillik Günü kimi təsis edilib.

Dövlət müstəqilliyimizin bərpasının otuzuncu ildönümü münasibətilə oktyabrın 15-də Ədliyyə Nazirliyi Kollegiyasının videoformatda xüsusi iclası keçirilib.

Tədbiri açan ədliyyə naziri Fikrət Məmmədov 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik tariximizin başlanğıcı olduğunu vurğulayıb, həmin illərdə Parlamentin yaradıldığını, dövlət atributlarının müəyyən edildiyini, ana dilinin dövlət dili elan olunduğunu, vətəndaşlara bərabər hüquqların verildiyini, hüquq sisteminin formalaşdırıldığını qeyd edərək, Azərbaycanın dünyada müstəqil dövlət kimi tanındığını diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun şüurlarda bərqərar etdiyi azadlıq ideyası unudulmamış, 1991-ci ildə xalqımız dövlət müstəqilliyini yenidən bərpa edərək Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etmişdir. İlk illərdə respublikamızın məruz qaldığı hərbi təcavüz, habelə vətəndaş müharibəsi astanasında olan ölkə daxilində anarxiyanın, hərc-mərcliyin hökm sürməsi xalqımızı yenicə əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi qarşısında qoymuşdu.

Nazir belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, cəsarətli və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən qurtararaq müstəqilliyimizi dönməz və əbədi etdiyini xüsusi qeyd edib. Müstəqilliyimizin Heydər Əliyev dövrü ölkəmizdə qanunçuluğun, ictimai-siyasi sabitliyin bərqərar olması, “Əsrin müqaviləsi”nin imzalanması ilə neft strategiyasının təməlinin qoyulması, demokratik hüquqi dövlət quruculuğunun geniş vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, respublikamızda hərtərəfli, o cümlədən köklü hüquqi islahatların aparılması ilə səciyyələnir.

Tədbirdə Ulu Öndərin siyasi varisi İlham Əliyevin məhz 15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində xalqımızın böyük etimadı ilə ölkə Prezidenti seçildiyi qeyd olunaraq, dövlət başçısının son 18 il ərzində müstəqil, güclü Azərbaycan dövlətinin hərtərəfli inkişafını, xalqımızın Vətən müharibəsində parlaq Qələbəsini təmin etməklə müasir tariximizin qızıl səhifələrini yazdığı vurğulanıb.

Bildirilib ki, bu illər ərzində ölkəmizin sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi tərəqqisi, iqtisadi rəqabətqabiliyyətliliyinə görə nüfuzlu beynəlxalq hesabatlarda yüksək pillələrdə qərarlaşması, o cümlədən dünyanın ən islahatçı 10 ölkəsindən birinə çevrilməsi, nəhəng qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmaqla gerçəkləşdirilməsi, kosmik kluba daxil olması müstəqilliyimizin bəhrəsi olmaqla dövlətimizin başçısının məqsədyönlü siyasətinin bariz təzahürüdür.

Eyni zamanda, Prezidentin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafının ölkəmizin bölgədə və dünyada nüfuzunun artması ilə müşayiət olunduğu bildirilərək, 155 dövlətin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü, BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına uğurla, o cümlədən əlavə bir il müddətinə sədrliyi vurğulanıb. Respublikamızın ən mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etdiyi diqqətə çatdırılaraq, bu tədbirlərin yüksək səviyyədə təşkil olunması və keçirilməsində respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm xidmətləri qeyd edilib.

Kollegiyada xalqımızın müstəqillik illərindəki ən böyük tarixi nailiyyəti olan Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbənin qazanıldığı, torpaqlarımızın işğaldan azad edilərək tarixi ədalətin bərpa olunduğu xüsusilə vurğulanıb. Dövlət başçısının qeyd etdiyi kimi, “Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır”.

Bu Qələbənin təməlində ölkə Prezidentinin güclü iradəsi, müstəqil və düşünülmüş siyasəti, yenilməz sərkərdəlik və diplomatik məharəti, xalqımızı dəmir yumruq kimi sıx birləşdirməsi dayanır. Dövlət başçısı son 18 ildə ordu quruculuğunu, müdafiə sənayesini inkişaf etdirərək Azərbaycan Ordusunu Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdiyi kimi, ən müasir silah və hərbi texnika ilə təchiz olunmaqla dünyanın ən güclü 50 ordusundan birinə çevirib.

Ədliyyə naziri Vətən müharibəsindən sonra ölkəmizin azad edilmiş torpaqlarda aparılan intensiv bərpa-quruculuq işləri ilə dünyanın diqqətini cəlb etdiyini vurğulayaraq, qısa müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı yenidənqurma işlərinin aparıldığını, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsləri ilə bu istiqamətdə mühüm layihələrin gerçəkləşdirildiyini bildirib. Qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə yol-nəqliyyat, enerji, sosial infrastrukturların yenidən qurulması, Ermənistan tərəfindən işğal dövründə tamamilə dağıdılmış tarixi, dini və mədəni abidələrimizin bərpası, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqi dövlətimizin qüdrətinin və möhkəm iqtisadi potensiala malik olmasının əyani göstəricisidir.

Eyni zamanda Vətən müharibəsi şəhidlərinin xatirəsinin və misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə mühüm addımların atıldığı, o cümlədən Anım Günü və Zəfər Gününün təsis edildiyi, Hərbi Qənimətlər Parkının yaradıldığı, Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulduğu qeyd olunub, şəhid ailələrinin və qazilərin yüksək dövlət qayğısı ilə əhatə olunduğu bildirilib.

Bununla yanaşı bütün dünyanı bürüyən COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı dövlət başçısının qəti iradəsi ilə görülən tədbirlər, Azərbaycanın bu qlobal bəla ilə mübarizədə nümunəvi ölkə kimi dəyərləndirilməsi qeyd edilib.

Nazir ötən dövrdə qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olunduğunu bildirərək dövlətimizin başçısının növbəti onillikdə ölkənin sosial-iqtisadi tərəqqisinin davamlılığını, inklüziv cəmiyyətin və müasir innovasiyaların inkişafını, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışı təmin etmək məqsədilə təsdiq etdiyi 2030-cu ilədək Milli Prioritetlərin əhəmiyyətini vurğulayıb.

Həmçinin bildirib ki, müstəqillik illərində Azərbaycan ədliyyəsi müasir inkişaf yolu keçərək ədliyyə və məhkəmə-hüquq sistemi dövlət başçısının rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafına və yeni çağırışlara uyğun ardıcıl islahatlar aparılmaqla təkmilləşir, milli prioritetlərə uyğun olaraq şəffaflığın artırılması, innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə davamlı tədbirlər həyata keçirilir.

Tədbirdə cəmiyyət həyatının bütün sahələrinin inkişafı üzrə müəyyən edilmiş prioritetlərin, xüsusilə torpaqlarımızın işğaldan azad edilməsinin ölkəmiz üçün yeni imkanlar yaratdığı bildirilərək, dövlətimizin başçısının həyata keçirdiyi müdrik və uzaqgörən siyasətinin, strateji hədəflərin və mühüm çağırışların, reallaşdırılan nəhəng işlərin insanlara düzgün çatdırılması, hadisələrə dərhal və tutarlı münasibət bildirilməsi, Azərbaycan həqiqətlərinin təbliği və Ermənistanın qanunsuz əməllərinin ifşası ilə bağlı beynəlxalq müstəvidə daha fəal iş aparılmasının vacibliyi vurğulanıb. Bu məqsədlə ictimaiyyətlə əlaqələr sahəsində işin çevik və səmərəli qurulması, media və vətəndaş cəmiyyəti ilə fəaliyyətin vahid strategiya əsasında təşkili üzrə görülən işlər qeyd olunub, ədliyyə sahəsində daha effektiv kommunikasiya siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər müəyyən edilib.

Kollegiyada Azərbaycan Prezidentinin tapşırıqlarından irəli gələn nazirliyin vəzifələrinin icrası müzakirə olunub, ədliyyə işçiləri tərəfindən dövlətimizin başçısının insanlara layiqli xidmət, vətəndaş məmnuniyyəti, şəffaflıq, hər bir məmurun nümunəvi davranışı, həmçinin korrupsiyanın yolverilməzliyi kimi tələbləri daim rəhbər tutulmaqla qanunçuluğa, nizam-intizama və etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi vurğulanıb, ictimai nəzarətin, maliyyə intizamının gücləndirilməsi, dövlət vəsaitlərindən qənaətlə istifadə edilməsi və s. ilə bağlı tapşırıqlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: İran münaqişəsinin tənzimlənməsi Ukraynaya siyasi və iqtisadi dividend gətirəcək

Baş Dövlət Yol Polisi İdarəsi çağırış edir: “Piyadalar, diqqətli olun!”

İndoneziya sahillərində güclü zəlzələ baş verib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi: İran nüvə öhdəliklərini yerinə yetirməyə bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

15 İyun - müstəqil hüquqi dövlət quruculuğu prosesinin başlanması tarixidir ŞƏRH

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək