Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr - hərtərəfli inkişaf, sosial-iqtisadi tərəqqi

         Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur

                                                                                                                                                         Prezident İlham Əliyev

 

Bakı, 9 iyul, Səadət Hakıyeva, AZƏRTAC

Neft gəlirlərinin səmərəli idarə olunması və onların iqtisadiyyatın vacib sahələrinə, xüsusilə də qeyri-neft sektoruna yönəldilməsi, yeni müəssisələrin açılması nəticəsində işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi Prezident İlham Əliyevin hökumət qarşısında qoyduğu mühüm vəzifələrdəndir. Dövlətimizin başçısının çevik və işlək mexanizmlər üzərində gerçəkləşdirdiyi uğurlu sosial-iqtisadi siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Xoşbəxt o xalqdır ki, vətəninin yeraltı və yerüstü sərvətləri onun xoş güzəranına xidmət edir. Azərbaycan dövləti öz əməli fəaliyyətində, həyata keçirdiyi islahatlarda bu məqsədi rəhbər tutur.

Xatırladaq ki, dünyada qədim neft ölkəsi kimi tanınan Azərbaycanda əsl neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. 1901-ci ildə 11,5 milyon ton neft hasil edərək bu göstəricidə dünyada birinci olan Azərbaycan 1949-cu ildə açıq dənizdə neft çıxarmağa başlayan ölkə kimi tarixə düşüb. O vaxtdan neft sənayesi xarici investorların əlində cəmləşən Azərbaycan yalnız 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa etdikdən sonra təbii sərvətlərinə sahib çıxmağa nail olub.

Azərbaycanın taleyini dəyişən “Əsrin müqaviləsi”

1970-ci illərin əvvəllərindən etibarən Xəzər dənizində geoloji kəşfiyyat işlərinin planlı şəkildə təşkili və həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. Respublika rəhbərliyinə ikinci dəfə gəlişindən sonra Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkənin təbii sərvətlərindən səmərəli istifadənin təmin edilməsi və iqtisadiyyatın canlandırılması məqsədilə Milli Neft Strategiyasının hazırlanması uzunmüddətli inkişafa hesablanmışdı. Strategiyanın hazırlanmasında əsas məqsəd neft və qaz ehtiyatlarından Azərbaycan xalqının rifahının yüksəldilməsi üçün səmərəli istifadəsinin təmin edilməsi idi.

1994-cü il sentyabrın 20-də yeni neft strategiyasının reallaşdırılmasında çox mühüm bir addım atıldı - Ulu Öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda altı dövlətin 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə yeni sazişlərin imzalanmasına geniş yol açdı və “qara qızıl”ın boru kəmərləri ilə ixracı ölkəyə böyük həcmdə dividendlər gətirdi. Artan gəlirlərin saxlanacağı və aktivlərin effektiv idarə olunacağı bir qurumun yaradılması artıq zərurətə çevrilmişdi. Həmin dövrdə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsini daşıyan İlham Əliyevin birbaşa təşəbbüsü ilə bu ideyanın gerçəkləşdirilməsi mümkün oldu. Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 1999-cu ildə Dövlət Neft Fondunun (ARDNF) yaradılması Milli Neft Strategiyasının hədəflərinə nail olunmasında önəmli rola malikdir.

Şəffaflıq ARDNF-in fəaliyyətinin əsas prinsiplərindən biridir

Dövlət Neft Fondu neft və qazdan gələn gəlirlərin toplanmasını, onun səmərəli idarə olunmasını, gələcək nəsillər üçün saxlanmasını təmin edən qurumdur. Büdcədənkənar dövlət təsisatı olan ARDNF-in fəaliyyətinin əsas prinsiplərindən biri şəffaflıqdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, şəffaflıq neftdən əldə olunan gəlirlərin səmərəli idarəsinə və hər bir Azərbaycan vətəndaşının bunu gündəlik həyatında hiss etməsinə imkan verir.

Ötən 25 il ərzində institusional cəhətdən yüksək səviyyədə inkişaf etmiş beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilən ARDNF qarşısına qoyduğu məqsədlərə çatmaq üçün üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməyə nail olub. Beynəlxalq səviyyədə tanınan və Azərbaycan brendinə çevrilən Dövlət Neft Fondu hazırda dünyanın 60 ən şəffaf suveren fondu siyahısında 4-cü sırada qərarlaşıb. Bu gün ARDNF tərəfindən vəsaitlər səmərəli şəkildə idarə edilir, ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə mühüm layihələrin maliyyələşdirilməsi həyata keçirilir. Fond hazırda mühüm sosial-iqtisadi layihələr maliyyələşdirir ki, onların uğurlu icrası ölkənin hərtərəfli inkişafına xidmət edir.

Fond ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi istiqamətində vacib addımlar atır. ARDNF-in fəaliyyətində Suveren Fondların Beynəlxalq Forumu (SFBF) kimi qlobal təsisatın institusional idarəetmə və hesabatlılıq standartlarının əksini tapması Fondun ölkənin investisiya siyasətində və makroiqtisadi sabitliyin təmin olunmasında rolunun möhkəmləndirilməsinə zəmin yaradır. Bu forum Azərbaycanın 2030-cu ilə baxış və 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi strategiyası kontekstində uğurlu platformadır. Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin oktyabrınadək ümumilikdə 130 milyard 32,3 milyon manat vəsait ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə, strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşası və yenidən qurulması üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib və dövlət büdcəsinə transfert edilib.

Reallaşdırılmış və icrada olan layihələr

ARDNF tərəfindən ölkədə makroiqtisadi sabitliyin təminatı və iqtisadiyyatın inkişafı istiqamətində müxtəlif layihələr reallaşdırılır. Başa çatan layihələrdən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Oğuz-Qəbələ-Bakı su kəməri layihələrini misal göstərmək olar. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin maliyyələşdirilməsi 2006-cı ildə başa çatıb və layihəyə 297,9 milyon manat sərf olunub. 2011-ci ildə başa çatan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin həyata keçirilməsinə Fond 779,6 milyon manat xərcləyib. Layihəsi başa çatan digər layihə isə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsidir və bu işə qoyulan vəsaitin məbləği 1 milyard 469,6 milyon manat təşkil edir. Bu layihələr nəticəsində Bakı və Sumqayıt şəhərlərinin içməli, texniki su ilə təminatı yaxşılaşıb, tarlalara, əkin sahələrinə bərəkət gəlib, çoxsaylı sosial və infrastruktur layihələri həyata keçirilib.

Keçmiş məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması

2001-ci ildən başlayaraq ARDNF Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş və ən ağır şəraitdə yaşayan keçmiş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması, onların sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirib. 2020-ci ilin dekabrına olan məlumata görə, bu məqsədlə Fonddan 2 milyard 702,7 milyon manat məbləğində vəsait sərf edilib. 2021-ci il martın 31-nə olan məlumata görə isə ümumilikdə 76 qəsəbə, 347 bina, 40392 mənzil, 73 inzibati bina, 89 məktəb, 70 uşaq bağçası, 5 xəstəxana, 24 tibb məntəqəsi tikilib istifadəyə verilib.

Təhsil

Dövlət Neft Fondu təhsil sahəsində də layihələr həyata keçirir. Fondun ayırdığı vəsaitdən xaricdə təhsil alan yüzlərlə azərbaycanlı gənc yararlanıb. Gənclərimizin təhsili ilə bağlı 3 layihənin maliyyələşməsini üzərinə götürən ARDNF bunlardan ikisini artıq başa çatdırıb. Qeyd edək ki, xaricdə təhsil üzrə Dövlət Proqramı Fonda 212,7 milyon, 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı isə ARDNF-yə 65,5 milyon manata başa gəlib. Proqrama əsasən, yüksək potensiallı gənc alimlərin dünyanın aparıcı universitetlərində doktorantura proqramları üzrə təhsil xərcləri, habelə dünyanın bir sıra nüfuzlu universitetləri ilə birgə ikili diplom proqramları ARDNF tərəfindən maliyyələşdirilib. Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi üzrə 2020-2024-cü illərdə 42 milyon 899,5 min manat vəsait xərclənib. Cari il martın 31-nə olan məlumata əsasən, proqram çərçivəsində ümumilikdə 233 nəfər doktorant təhsilini başa çatdırıb.

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı isə davam edir və bu layihə üçün Fonddan 52,8 milyon manat ayrılıb. Vurğulamaq lazımdır ki, bu proqramların icrası ölkəmizdə müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənc nəslin peşəkar inkişafına imkan verir.

Neft-qaz layihələri

Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi çox mühüm layihədir. Bu layihə yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir. Dövlət Neft Fondu tərəfindən bu layihənin maliyyələşdirilməsinə 2022-ci ilədək 748,6 milyon manat vəsait xərclənib.

Neft gəlirləri sayəsində təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafına yardım göstərilir

Müqayisə üçün bildirək ki, 2004-cü ildə ARDNF-in gəlirləri 928 720,4 milyon manat, xərcləri isə 843 696,2 milyon manat olub və dövlət büdcəsinə transfert 650 000,0 manat təşkil edib. Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin gəlirləri 8 990 947,2 min manat, xərcləri isə 11 392 336,5 min manat məbləğində təsdiq edilib, dövlət büdcəsinə transfertin yuxarı həddi 11 280 000,0 manat həcmində olub.

Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlirləri 12 073 255,5 min manat, xərcləri isə 12 900 232,5 min manat məbləğində təsdiqlənib. 2024-cü ilin aprelin 1-dək ARDNF-in aktivləri 57 372,8 milyon ABŞ dolları, dövlət büdcəsinə transfertlərin məbləği isə 146346,2 milyon manat təşkil edib. Nəticələr göz qabağındadır. Fondun xərcləri 2004-cü ildə 844 milyona yaxın olduğu halda, 2024-cü ildə bu rəqəm 12,9 milyard manatdan çoxdur.

Yuxarıda sadaladığımız dövlətimizin başçısının “Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” fikirlərini təsdiqləyir. Beləliklə, neft gəlirləri ilə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafına yardım göstərilir, xalqın sosial rifahı ildən-ilə daha da yaxşılaşır. Ölkədə yoxsulluğun səviyyəsi 50 faizdən 5,4 faizə, işsizlik 5 faizə enib. Bütün bunlar Azərbaycanın “qara qızıl”ın insan kapitalına çevirmək istiqamətində səmərəli və məqsədyönlü addımlar atdığını deməyə əsas verir.

Yazı ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

“Axios”: ABŞ təyyarələri Vensin İranla saziş imzalayacağı mümkün səfərindən əvvəl Avropaya yola düşəcək

İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fəaliyyət göstərməyəcək

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq maraqlarının təzahürüdür

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb

Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir

BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi

Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb

Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Media nümayəndələri insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiyada iştirak ediblər

® “TuranBank” gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır

Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər

NATO: ABŞ-nin Avropadakı hərbi gücünü azaltması Alyansı uzunmüddətli perspektivdə gücləndirəcək

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub

İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir

Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

Xüsusi qabiliyyət imtahanlarının keçirilmə qrafiki açıqlanıb

ATMU-da imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü təşkil olunub

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir

Siyasi şərhçi: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə vizyonunu rəsmiləşdirib

İslam mərasimlərinin folklor semantikası: mənəvi kamillik və sosial həmrəylik

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsinə töhfə verməkdədir - Türk jurnalist

Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir

“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib

“Səməd Vurğun poeziyasının dili” mövzusunda elmi sessiya təşkil olunub

Qəbələdə zəlzələ olub