Dövlət Neft Şirkətinin ekologiya idarəsində iməciliklərə başlanılmışdır
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə və müəssisələrinin əməkdaşları hər il yaz-payız mövsümlərində silsilə iməciliklər keçirir, yaşıllaşdırma və abadlıq işləri aparırlar.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, neftlə çirklənmədən təmizlənmiş ərazilərdə yaşıllıq və abadlıq işlərinin aparılmasına ciddi diqqət yetirilir. Ekologiya idarəsi hər il olduğu kimi, bu il də ənənəsinə sadiq qalaraq silsilə iməciliklərə başlamışdır.
İlk kampaniya martın 29-da ekologiya parkının ərazisində gerçəkləşmişdir. İdarənin 40 nəfər əməkdaşının iştirakı ilə keçirilmiş iməcilik zamanı 950-dən çox ağacın dibləri yumşaldılmış, suvarma işləri aparılmışdır. Bundan əlavə, ərazidə bir sıra abadlıq işləri görülmüş, ağaclara aqrotexniki qulluq göstərilmişdir.
İdarə tərəfindən iməciliklərin növbəti həftələrdə də keçirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]