Dövlət Neft Şirkətinin Ekologiya İdarəsində “Rəhbər heyətlə Mülki Müdafiə əməli məşqi” keçirilmişdir
Bakı, 11 may (AZƏRTAC). Dövlət Neft Şirkətinin Ekologiya İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda Rəhbər heyətlə Mülki Müdafiə əməli məşqi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, məşqin keçirilməsində məqsəd fövqəladə hadisələrin və onların nəticələrinin qarşısının alınması işində təşkilatçılığı və operativliyi artırmaq və başqa məsələləri təkmilləşdirmək olmuşdur.
Məşq idarənin rəhbər heyəti, Fövqəladə hallar komissiyası, Mülki Müdafiə Qərargahı və Mülki Müdafiə Qüvvələrinin komandir-rəis heyəti cəlb edilməklə keçirilmişdir.
Yekunda məşqə cəlb edilən qüvvələrin iştirakı ilə yekun toplantı keçirilmiş, məşqin nəticələri müzakirə edilərək ümumilikdə qənaətbəxş hesab edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]