Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT NEFT ŞİRKƏTİNİN PREZİDENTİ RÖVNƏQ ABDULLAYEVİN ÇIXIŞI

Dövlət Neft Şirkətinin prezidenti RÖVNƏQ ABDULLAYEV 2007-ci ilin birinci rübündə neft-qaz sənayesində əldə olunan uğurlardan bəhs etdi. O, bildirdi ki, indiyə qədər Bakı-Tbilisi-Ceyhan kəməri ilə 103 milyon barrel Azərbaycan nefti dünya bazarına ixrac olunubdur. İlin sonuna qədər isə ölkəmizdə neft hasilatı daha da artacaqdır. Bu dövrdə neft məhsullarının ixracı da artıbdır. Artıq “Şahdəniz”dən qaz hasilatına başlanılıb və həmin qaz ilkin mərhələdə ixrac kəmərinə vurulur.
Dövlət Neft Şirkəti daim öz cari və perspektiv fəaliyyət proqramlarının icrasında ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu neft strategiyasının konsepsiyalarını rəhbər tutur.
Möhtərəm Prezident, Sizin neft sənayesinə göstərdiyiniz gündəlik qayğı və diqqət sahəsində şirkətimizin texniki-iqtisadi göstəriciləri dinamik olaraq yüksəlir. Xarici şirkətlərlə qarşılıqlı surətdə faydalı tərəfdaşlıq çərçivəsində həyata keçirilən beynəlxalq miqyaslı layihələr məntiqi bəhrələrini verir. Ötən 2006-cı il və bu ilin birinci rübü ölkə iqtisadiyyatının digər sahələri kimi, neft sənayesi üçün də uğurlu olmuşdur. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının şah əsəri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərində tikinti işlərinin başa çatdırılması və may ayının 28-də “Respublika günü”ndə Azərbaycan neftinin bu kəmərlə Ceyhan limanına çatdırılması hər bir vətənpərvər azərbaycanlının qəlbində milli qürur və iftixar hissi doğurdu. Ulu öndərin adını daşıyan Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycan nefti vasitəsilə üç dənizi birləşdirərək, əfsanəni həqiqətə çevirdi. Bu kəmərin təntənəli açılış mərasimi və Azərbaycan Respublikası Prezidentinin həmin mərasimdə söylədiyi dərin məzmunlu nitqi bu həqiqəti bütün dünyaya nümayiş etdirdi.
Beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də artıq başa çatdırılmışdır. Bu kəmər vasitəsilə artıq Gürcüstan ərazisinə qaz nəql edilir. Eyni zamanda, “Şahdəniz” yatağında gündəlik debiti 5 milyon kubmetrdən çox olan 2 nömrəli quyu istismara verilmişdir. “Şahdəniz” qazının Azərbaycan istehlakçılarına təhvili üçün diametri 750 millimetr olan 4500 metrlik qaz kəməri də vaxtında istismara verilmişdir.
Ötən il Dövlət Neft Şirkəti üzrə istehsalat-təsərrüfat fəaliyyətinin nəticələri də çox uğurlu olmuşdur. 2006-cı ildə Azərbaycanda 32 milyon tondan çox neft hasil edilmişdir. Beləliklə də, neft hasilatı üzrə 1941-ci ildə nail olunmuş ən yüksək rekord geridə qalmışdır. Hazırda Azərbaycanda gün ərzində orta hesabla 120 min ton neft hasil edilir ki, bu da gündəlik hasilat baxımından bizim tariximizdə rekord göstəricidir. Neftçilərimiz bu ilin birinci rübünü də uğurla başa vurmuş, dövlətə neft təhvili proqnozunu 100 faizdən artıq yerinə yetirmişlər.
Dövlət Neft Şirkəti tərəfindən 2 milyon 190 min ton, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən isə 8 milyon 230 min ton neft hasil edilmişdir. İlin sonuna qədər Azərbaycanda neft hasilatının 43 milyon tondan çox olacağı gözlənilir.
Cənab Prezident, Azərbaycan neftçiləri Sizin qarşıya qoyduğunuz tapşırıqları əzmlə yerinə yetirirlər. Birinci rübün nəticələrinə görə, 1 milyard 300 milyon kubmetr, ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz çox qaz təhvil verilmişdir. Eyni zamanda, ölkənin elektrik stansiyalarına 730 min tondan artıq mazut verilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.
Cənab Prezident, Sizin verdiyiniz göstərişə əsasən, Dövlət Neft Şirkəti üzrə 2008-ci ildə qaz təhvilinin 8 milyard kubmetrə çatdırılması üçün hazırlanmış kompleks tədbirlər proqramı uğurla davam etdirilir. Artıq həyata keçirilmiş bir sıra tədbirlər ötən ildə və bu ilin birinci rübündə müsbət nəticələr verməkdədir. Belə ki, “Günəşli” yatağında aparılmış layihə və tikinti-quraşdırma tədbirləri böyük xərclə yeni platforma tikmədən, mövcud platformalardan yeni quyular qazmağa imkan vermişdir. Cari ilin yanvar-mart aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox - 47 min 419 metr qazma işi görülmüşdür. Neft daşlarında tikilməkdə olan 1887 nömrəli özülün bir hissəsinin zəruri tamamlama işləri görülmüş və əvvəlcədən qazılmış 3 quyu istismara verilmişdir. İndi dördüncü quyu istifadəyə hazırlanır. Qazın yığılması və sahilə çatdırılması üçün ümumilikdə 56 kilometrdən artıq sualtı qaz xətləri çəkilmişdir. Bu və görülmüş əlavə geoloji-texniki tədbirlər nəticəsində şirkət orta gündəlik qaz hasilatını 6,4 milyon kubmetrdən 10,8 milyon kubmetrə çatdırmışdır.
Möhtərəm cənab Prezident, şirkətimiz dünya bazarında təkcə neft ixracçısı kimi deyil, həm də neft məhsullarının istehsalçısı və ixracçısı kimi tanınmaqdadır. Şirkətin emal müəssisələrində ötən il 7,4 milyon, bu ilin birinci rübündə isə 2 milyon tondan artıq neft emal edilmişdir. Ötən il daxili tələbat tam ödənilmiş, 3 milyon tona qədər neft məhsulu ixrac olunmuşdur. Neft və neft məhsullarının satışı da daxil olmaqla, yanvar-mart ayları ərzində şirkətin valyuta və hesablaşma hesablarına ümumilikdə 1 milyard 96 milyon manatdan çox vəsait daxil olmuşdur. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 90 milyon manat çoxdur. Daxil olan vəsaitin 143 milyon manatdan artığı kapital qoyuluşlarına sərf edilmişdir.
Zati-aliləri, Sizin dəfələrlə dediyiniz kimi, bugünkü səviyyə ilə kifayətlənmək olmaz. Neft Şirkətini dünya standartlarına cavab verən güclü, modern bir quruma çevirməyə nail olmalıyıq.
Şirkətin işinin təkmilləşdirilməsi üçün, Sizin Fərmanınızla daha çevik idarəetmə mexanizmi yaradılmışdır. Bu da verilən tapşırıqların vaxtında yerinə yetirilməsinə geniş imkanlar açmışdır. Dövlət Neft Şirkəti bu gün beynəlxalq səviyyədə səmərəli fəaliyyət göstərir. Ötən il biz Rumıniyada, Türkiyədə və Gürcüstanda şirkətin nümayəndəliklərini açdıq. İndi Ceyhanda və Avropa bazarında bazarlama aparmaq üçün daha əlverişli şərait yaranmışdır. Bildiyiniz kimi, Gürcüstanda və Türkiyədə nüfuzlu yerli şirkətlərlə birlikdə öz müəssisələrimizi də təsis etmişik. Sizin göstərişinizə əsasən, şirkətin emal sənayesinin Qara dəniz və Aralıq dənizi limanlarına yaxınlaşdırılması xətti götürülmüşdür. Bu məqsədlə Ceyhan limanında Dövlət Neft Şirkətinin emal zavodunu inşa etmək üçün ilkin sənədlər hazırlanıb Türkiyə hökumətinə təqdim olunmuşdur. Mən qürur hissi ilə demək istəyirəm ki, Qara dəniz sahillərində liman və neft terminalına malik olmaq kimi tarixi hadisə də cənab Prezident, Sizin rəhbərliyiniz altında gerçəkləşmişdir. Gürcüstanda alınmış “Kuleri” terminalı bu il istismara veriləcəkdir.
Möhtərəm cənab Prezident, Sizin daha bir göstərişinizə əsasən, biz şirkətimiz üçün yüksək səviyyəli kadrların hazırlanması məqsədi ilə ötən ildən xüsusi təqaüd proqramını həyata keçiririk. Artıq 5 tələbə şirkətimizin vəsaiti hesabına ABŞ və Birləşmiş Krallığın nüfuzlu universitetlərində təhsil alır. Hazırda 26 tələbənin yüksək reytinqli xarici təhsil müəssisələrində yerləşdirilməsi üçün işləri yekunlaşdırırıq.
Şirkətimiz ölkənin sosial problemlərinin həllində yaxından iştirak edir. Dövlət Neft Şirkəti Azərbaycan Prezidentinin təşəbbüsü və şəxsi nəzarəti ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icra olunmasına töhfəsini verir. Şirkətin maliyyə vəsaiti hesabına ölkənin ondan artıq regionunda ən müasir tələblərə cavab verən müalicə-diaqnostika mərkəzi inşa olunur. Ötən il Lənkəran şəhərində və Naxçıvanda bu tip mərkəzlər tikilərək, cənab Prezident, Sizin iştirakınız ilə istifadəyə verilmişdir. Həmin mərkəzlərin maddi-texniki bazasına cənab Prezidentin verdiyi yüksək qiymət bizi sosial proqramların həyata keçirilməsində daha da fəal olmağa ruhlandırır. Fürsətdən istifadə edərək, Sizi əmin etmək istəyirəm ki, bu ilin mart ayında özülünü qoyduğunuz Şamaxı diaqnostika mərkəzi və digər regionlarda tikdiyimiz analoji müalicə ocaqları qarşıdakı iki ildə yüksək səviyyədə təhvil veriləcəkdir.
2007-ci ildə Dövlət Neft Şirkəti üzrə neft hasilatını 8 milyon 800 min tona, qaz hasilatını isə 5 milyard 870 milyon kubmetrə çatdıracağıq ki, bu da 2006-cı ildəkindən 1 milyard 270 kubmetr çoxdur.
Cənab Prezident, Sizi bir daha əmin edirəm ki, neftçilər həmişə olduğu kimi, bundan sonra da dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın maddi rifah halının daha da yaxşılaşdırılması naminə ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan inkişaf və tərəqqi strategiyasına sadiq qalacaqlar. Diqqətinizə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib

Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur

Vaşinqtonda keçirilən Trans-Xəzər Forumu Orta Dəhlizin artan strateji rolunu önə çıxarıb

Futbol üzrə dünya çempionatı start götürür

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub