Dövlət Neft Şirkətinin “Yay təcrübəsi proqramı”nın iştirakçıları ilə görüş keçirilmişdir
Bakı, 7 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsinin Qala kəndində yerləşən ekoloji parkında şirkətin “Yay təcrübəsi proqramı”nın iştirakçıları ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə idarənin rəisi Azər Əliyev ARDNŞ-in “Yay təcrübəsi proqramı” layihəsi çərçivəsində hər il olduğu kimi, bu il də 12 nəfər ödənişli və 30 nəfər ödənişsiz əsaslarla istehsalat təcrübəsi və göndərilmiş təqaüdçü tələbələrin yüksək səviyyədə təcrübə keçmələri üçün müvafiq qaydada qruplar təşkil olunduğunu bildirmişdir.
Görüşdə ARDNŞ-in keçmiş təqaüdçüləri və hazırda ekologiya idarəsinin müxtəlif sahələrində çalışan əməkdaşları çıxış edərək təqaüdçü gənclərə göstərilən diqqət, qayğı və dəstəyi yüksək qiymətləndirmişlər.
Sonra ödənişsiz istehsalat təcrübəsi keçən Bakı Dövlət Universiteti tələbələrinin idarənin kompleks tədqiqatlar laboratoriyasının ümumi iş prinsipi, neftlə çirklənmiş ərazilərin təmizlənməsi və yaşıllıq zolaqlarının salınması barədə hazırladığı təqdimatlar nümayiş etdirilmişdir.
Çıxışlarda tələbələr ekoloji monitorinq proqramları, tullantıların idarə edilməsi sahəsində əldə etdikləri praktiki biliklər barədə öz təəssüratlarını bölüşmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]