DÖVLƏT NEFT ŞİRRKƏTİNİN PREZİDENTİ “bp-AZƏRBAYCAN” ŞİRKƏTİNİN RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Daha sonra D.Vudvord lay sularının və “Çıraq” qazının təkrar emalı proqramları, “Qərbi Çıraq” layihəsi və ABƏŞ-in 2006-cı il üçün büdcəsi haqqında ətraflı məlumat vermişdir.
Rövnəq Abdullayev ARDNŞ mütəxəssislərinin təkrar emal proqramları ilə yaxından tanış olduqlarını söyləyərək bildirmişdir ki, həmin proqramlarla, prinsipcə, razılaşmaq mümkündür. O, iş prosesində ortaya çıxa biləcək texniki məsələlərin hər iki şirkətin mütəxəssisləri tərəfindən qarşılıqlı razılaşma əsasında həll edilə biləcəyinə inamını ifadə etmişdir. ABƏŞ-in 2006-cı il üçün büdcəsinə gəlincə, ARDNŞ-in prezidenti qeyd etmişdir ki, bu məsələyə dair Rəhbər Komitənin qətnaməsini imzalamaq, bununla yanaşı audit çərçivəsində müzakirələri davam etdirmək mümkündür. O, eyni zamanda 2007-ci il üçün büdcənin hazırlanmasına başlanılmasını da zəruri saydığını vurğulamışdır.
Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılmışdır.