Dövlət Rəsm Qalereyası növbəti videokonfransını keçirəcək
Bakı, 14 may, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə mayın 15-i saat 18:00-da növbəti videokonfrans keçiriləcək.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, Türkiyə və Azərbaycanın tanınmış incəsənət mütəxəssislərinin iştirakı ilə reallaşacaq konfransda “İncəsənətin ənənəvi və rəqəmsal sərgi platformalarında müasir insana estetik və emosional təsiri” mövzusu müzakirə olunacaq.
Konfrans İstanbul Yeddi Təpə Universitetinin “Gözəl sənətlər” fakültəsindən professor Teymur Rzayev, Antalya, Ağdəniz Universiteti “Gözəl sənətlər” fakültəsindən dosent Tərlan Mehdiyeva, Konya, Səlcuq Universiteti “Gözəl sənətlər” fakültəsindən dosent İlham Ənvəroğlu, İstanbul Beykent Universitetinin əməkdaşı Sema Özevin, Ankaradan heykəltəraş, elmlər namizədi Səid Rüstəm, Biləcik Universiteti “Gözəl sənətlər və dizayn” fakültəsindən Elçin Mustafayev, Mədəniyyət Nazirliyi təsviri sənət sektorunun müdiri Qalib Qasımov, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri, kolleksiyaçı Rafael Gülməmmədli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən kurator, pedaqoq Mehbarə Abbasova, Ankaradan azərbaycanlı rəssam Həmid Əlioğlu və Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi Vaqif Muğallı və digər incəsənət mütəxəssislərinin iştirakı ilə gerçəkləşəcək.