CƏMİYYƏT
“DÖVLƏT VƏ DİN” İCTİMAİ FİKİR TOPLUSUNUN YENİ SAYI ÇAPDAN ÇIXMIŞDIR
Bakı, 29 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun 2010-cu ildə III nömrəsi nəşr olunmuşdur.
Toplu Azərbaycan Prezidenti İlham Əliyevin Roma Papası Xvı Benediktə təbriki ilə açılır.
“Rəsmi guşə”də, həmçinin Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin “Şərəf” ordeni ilə təltif edilməsi və Küveytin islam işləri və vəqf nazirinin müavini Adil Abdulla əl-Fəlahın “Dostluq” ordeni ilə təltif olunması haqqında Azərbaycan Prezidentinin sərəncamları yer almışdır.
Aprelin 26-27-də Bakıda dünya dini liderlərinin Sammiti keçirilmişdir. Prezident İlham Əliyevin açılış mərasimində iştirak etdiyi həmin tədbirdən hazırlanmış geniş material oxucuların diqqətinə çatdırılmışdır.
Toplunun bu bölməsində Bakıda keçirilmiş Mdb Dinlərarası Şurasının iclası, Rusiya və Qafqaz dini liderlərinin görüşü, Yunesko yanında Din Xadimlərinin Məşvərət Qrupunun ilk toplantısı barədə informasiyalar da verilmişdir.
Topluda “Müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarət qaydaları” da dərc edilmişdir.
Bundan əlavə, toplunun “Azərbaycan gerçəkliyi”, “Cəmiyyət və din”, “Tarixə pəncərə”, “İslam həqiqətləri”, “Əsrlər və şəxsiyyətlər”, “Dinlər, təriqətlər, cərəyanlar və təlimlər”, “Tədbirlər, məlumatlar” bölmələrində və rubrikalarında maraqlı yazılar yer almışdır.
“Dövlət və Din”in bu sayında da ənənəvi olaraq dini terminlərin izahlı lüğətinin davamı dərc olunmuşdur.
Toplunun “İcma siyahıları” bölməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yenidən qeydiyyatdan keçmiş dini icmaların siyahısının davamı verilmişdir.
######