Dövlət Xidmətinin rəisi Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 7 may, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mayın 22-si saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Biləsuvar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Biləsuvar, Lənkəran, Masallı, Astara, Lerik, Cəlilabad, Yardımlı şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Bu barədə AZƏRTAC-a SHXÇDX-dən məlumat verilib.
Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların mayın 18-dək SHXÇDX-nin adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək, qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [16:45]
Lənkəranda ərzaq mağazasında yararsız məhsullar aşkarlanıb
- 07.05.2026 [16:40]
Sədərək rayonunda elektrik enerjisinin verilişində vasilə yaranacaq
- 07.05.2026 [16:31]
“Ən yaxşı manqa” müsabiqəsinin qalibləri məlum olub
- 07.05.2026 [16:19]
Dirçələn Qarabağ: “Ağıllı” həllər və strateji hədəflər – Məqalə
- 07.05.2026 [15:39]
Gecikdirilmiş 292 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 07.05.2026 [15:21]