DÜNYA AZƏRBAYCAN VƏ TÜRK DİASPOR TƏŞKİLATLARI RƏHBƏRLƏRİNİN I FORUMU
AZƏRTAC xəbər verir ki, martın 9-da Bakıda Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu başlanmışdır. Əvvəlcə iştirakçılar Fəxri xiyabana gedərək, türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar.
Onlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə də əklil qoymuşlar.X X X
Sonra forum iştirakçıları Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının məzarları üstünə tər qərənfillər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Onlar şəhid türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni də ziyarət
edərək, əklil qoymuşlar.
edərək, əklil qoymuşlar.Əklilqoyma mərasimlərində qonaqları Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və digər rəsmi şəxslər müşayiət etmişlər.