Dünya Bankı Hindistana pandemiya ilə mübarizə üçün əlavə 1 milyard dollar ayırıb
Pekin, 15 may, AZƏRTAC
Dünya Bankı Hindistanda COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin dəstəklənməsi üçün bu ölkəyə 1 milyard ABŞ dolları ayırıb.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, vəsait daha çox yardıma ehtiyacı olan yaşayış məntəqələrində virusa qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək. Bununla Dünya Bankının Hindistanda COVID-19 böhranına qarşı mübarizəyə ayırdığı vəsaitin ümumi məbləği 2 milyard dollara çatıb. Beynəlxalq maliyyə qurumu ötən ay ölkənin səhiyyə sektorunun dəstəklənməsi üçün 1 milyard dollar ayırdığını açıqlamışdı.
Bankın Hindistan üzrə direktoru Cüneyd Əhməd deyib ki, təmsil etdiyi qurum pandemiya ilə mübarizədə Hindistan hökuməti ilə səhiyyə, sosial müdafiə, mikro, kiçik və orta sahibkarlıq sahələri üzrə əməkdaşlıq edəcək.
Qeyd edək ki, Hindistan hazırda yeni növ koronavirusun sürətlə yayıldığı ölkələrdən biridir. Son məlumata əsasən, ötən sutka ərzində 2649 yeni yoluxma və 100 ölüm faktı qeydə alınıb. Bununla ölkədə ümumi yoluxma hallarının sayı 81 min 970-ə, ölüm hallarının sayı isə 3967-yə çatıb. Səhiyyə Nazirliyi indiyədək 27 min 919 nəfərin sağalaraq xəstəxananı tərk etdiyini açıqlayıb. Bu da yoluxanların 34 faizi deməkdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]