DÜNYA BANKI İLƏ KREDİT SAZİŞLƏRİ İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Dünya Bankı ilə Azərbaycan hökuməti arasında “İkinci Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri” layihəsinin maliyyələşdirilməsi məqsədi ilə 230 milyon ABŞ dolları məbləğində Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının və 30 milyon ABŞ dolları məbləğində Beynəlxalq İnkişaf Assosiasiyasının güzəştli krediti üzrə maliyyələşmə sazişləri bağlanmışdır. Sənədləri Azərbaycan hökuməti tərəfindən maliyyə naziri Samir Şərifov, Dünya Bankı tərəfindən isə bu maliyyə qurumunun Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçak imzalamışdır.
Layihə Azərbaycanın 21 rayonunda su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin, etibarlılığının və davamlılığının artırılmasını nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:01]
Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü
- 16.06.2026 [11:05]