Dünya birinciliyində 9 gənc boksçumuz mübarizə aparacaq
Bakı, 13 aprel, AZƏRTAC
Polşanın Keltse şəhərində keçiriləcək gənclər arasında boks üzrə dünya birinciliyinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, bu gün start götürəcək və 11 gün davam edəcək mundialda Azərbaycan millisinin üzlərinin də rəqibləri bəlli olub. Komandamızın heyətində rinqə yarışın birinci günü Əzrək Bəbirov (56 kq) çıxacaq. İdmançımız onaltıdabir finalda Maksat Jusipovla (Qırğızıstan) mübarizə aparacaq.
Onaltıdabir finaldan yarışa qatılacaq boksçularımız - aprelin 14-də Əli Zamanov (52 kq) Ruben Qarboyan (Ermənistan), Əsəd Baxışov (91 kq) Ramazan Dadayev (Rusiya), ertəsi gün Cəlal Qurbanov (60 kq) Ferens Samu (Macarıstan), Samir Nəsirov (69 kq) Petar Knezeviç (Xorvatiya)-Mateus Urban (Polşa) cütünün qalibi ilə, ayın 16-da Elmir Novruzov (64 kq) Darian Kastro (Kuba), Cəfər Heydərli (75 kq) Villiam Çolov (Bolqarıstan), Murad Allahverdiyev (81 kq) Domeniko Vingiquerra (İtaliya) ilə üz-üzə gələcəklər. Aprelin 17-də isə səkkizdəbir finalda Nicat Hüseynov (49 kq) Salvator Di Noto (İtaliya)-Allan Morozov (Estoniya) cütünün qalibi ilə görüşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
- 09.10.2026 [10:25]
Azərbaycan Premyer Liqasında VII tura start verilir
- 09.10.2026 [09:59]
Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]