DÜNYA TİCARƏT TƏŞKİLATININ ÜZVÜ OLAN ÖLKƏLƏRDƏN AZƏRBAYCANA TƏKLİFLƏR GƏLİR
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev demişdir. O bildirmişdir ki, ölkəmizin Dünya Ticarət Təşkilatına üzvlüyü ilə əlaqədar bu ilin iyun-iyul aylarında müvafiq görüşlər keçirmişik. Qurumun üzvü olan ölkələrdən ticarət əlaqələri barədə təkliflər daxil olur. Bu yaxınlarda Braziliyadan təklif almışıq. Ekvadorla tropik məhsullar barədə danışıqlara başlanmışdır. Daxil olmuş təkliflər araşdırılır və onlara cavab veriləcəkdir. Öz növbəmizdə biz də təkliflər hazırlayırıq. Keçirəcəyimiz ikitərəfli görüşlərdə aldığımız və özümüzün irəli sürdüyümüz təkliflər ətraflı müzakirə ediləcəkdir. Əlbəttə, danışıqlarda ərzaq təhlükəsizliyi diqqət mərkəzində saxlanılır, Dünya Ticarət Təşkilatının müvafiq proqramının tələbləri nəzərə alınır.