SİYASƏT
Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclası xarici mətbuatın diqqət mərkəzindədir
İstanbul, 2 iyun (AZƏRTAC). Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclası xarici mətbuatın diqqət mərkəzindədir.
Ərəb dilində xəbərlər yayan “Sabq” online qəzetinin saytında Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iyunun 2-də Bakıda keçirilən iclası barədə material yerləşdirmişdir. Materialda bildirilir ki, 2016-cı ildə AZƏRTAC-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq məqsədilə təşkil edilən iclasda qlobal məkanda informasiya siyasətini müəyyənləşdirən xəbər agentlikləri alyanslarının, aparıcı informasiya qurumlarının rəhbərləri və nümayəndələri iştirak etmişlər.
Ukrinform agentliyinin saytında verilmiş materialda isə bildirilir ki, yüksək səviyyədə keçən iclasda müasir medianın inkişaf meyilləri və növbəti Konqresin gündəliyinə çıxarılacaq mövzular müzakirə edilmişdir. Materialda Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Uffe Riis Sorensenin, AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun, Dünya Xəbər Agentlikləri Konqresinin sədri və Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseynin çıxışlarından sitatlar gətirilmişdir.
Türkiyənin “Haberler.com” saytında da Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçirilən iclası barədə məlumat verilmişdir.
Materiallarla aşağıdakı linklərdən tanış olmaq olar:
http://www.ukrinform.ua/eng/news/meeting_of_news_agencies_
world_council_naco_kicked_off_in_baku_322271
http://en.haberler.com/baku-to-host-5th-news-agencies-world-congress-457996/
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul