DÜNYA
DÜNYADA ƏN BAHALI METRO YENİDƏN BAHALAŞIR
Məlum olduğu kimi, London metrosu dünyada gediş haqqı ən baha olan metropolitendir. AZƏRTAC-ın xarici informasiya vasitələrindən aldığı xəbərə görə, yanvarın 4-dən Londonun yeraltı nəqliyyatında gediş haqqı yenidən bahalaşmışdır.
İndi Britaniya paytaxtının mərkəzini əhatə edən birinci zonanın hüdudları daxilində bir gediş haqqı londonlulara və qonaqlara 2 funt sterlinqə (17,5 min manat) başa gələcəkdir.
Metropolitenlə birlikdə paytaxtın vahid nəqliyyat sisteminə daxil olan yerüstü nəqliyyatda da tariflər qaldırılacaqdır. Londonun məşhur qırmızı avtobusunda bir gediş haqqı 1 funt sterlinq olacaqdır.
London metrosunun bütün tarixi ərzində ilk dəfə olaraq gediş haqqı ölkədə inflyasiyanın səfiyyəsinə müvafiq surətdə deyil, qabaqlayıcı sürətlə bahalaşdırılır. London meriyası qiymətlərin qaldırılmasını onunla əsaslandırır ki, paytaxtın nəqliyyat sahəsinin büdcə kəsiri artır və 2005-ci ilədək 600 milyon funt sterlinqə çata bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]