RƏSMİ XRONİKA
“DUSTİ” (“DOSTLUQ”) XATİRƏ KOMPLEKSİNİ ZİYARƏT
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də Düşənbənin mərkəzində yerləşən “Dusti” (“Dostluq”) xatirə kompleksini ziyarət etmişdir.
Burada Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Kompleksdə Samanilər dövlətinin (IX-X əsrlər) banisi İsmayıl Samaninin heykəli ucaldılmışdır.
Dövlətimizin başçısı heykəlin önünə əklil qoydu.
Azərbaycanın və Tacikistanın dövlət himnləri səsləndirildi.
Xatırladaq ki, bu kompleks Samanilər dövlətinin 1100 illiyi ilə əlaqədar Prezident Emoməli Rəhmonovun sərəncamı ilə 1999-cu ildə yaradılmışdır.