“Düyməcik” yenidən Kukla Teatrının səhnəsində
Bakı, 23 yanvar, AZƏRTAC
Yanvarın 25-də Azərbaycan Dövlət Kukla Teatrında məşhur nağılçı Hans Xristian Andersenin “Düyməcik” nağılı əsasında qurulan tamaşa yenidən nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, açıq kukla idarəetmə texnikasından istifadə edilməklə hazırlanan musiqili nağıl-tamaşada fərqli plan və forma seçilərək animasiya ilə klassik kukla estetikası vəhdətdə verilib.
Maraqlı və baxımlı olduğu qədər də ibrətamiz nümunədə əsərdən irəli gələn əsas xətt - insanı bütün arzularına çatdırıb, möcüzələrə inandıran saf hiss və ümidlərini saxlamaqla dinamik yozuma nail olunub.
Çiçəkdən doğulmuş barmaq boyda gözəl bir qızcığazın nağılını “danışan” bu nümunə 1835-ci ildə Danimarkada çap olunub və elə o vaxtdan müəllifini tanıtmağa başlayıb. Müəllif təxəyyülünün məhsulu olan “Düyməcik” 1907-ci ildən teatr səhnələri və animasiya filmlərinin mövzularından biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [22:40]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [21:00]
Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO
- 05.06.2026 [19:35]