ƏBU-QÜREYB HƏBSXANASINDAN TƏXMİNƏN 500 MƏHBUS AZAD EDİLMİŞDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, oktyabrın 1-də Bağdadın Əbu-Qüreyb həbsxanasından təxminən 500 məhbus azad edilmişdir. ABŞ komandanlığı onları müsəlmanların müqəddəs Ramazan ayı ərəfəsində İraq hökumətinin xahişi ilə buraxmışdır. Beləliklə, bu həftə ərzində məşum Əbu-Qüreyb həbsxanasından min nəfərdən çox iraqlı azadlığa çıxmışdır. Ötən ay da həbsxanadan minə qədər məhbus azad edilmişdi.
Onlar demokratik İraqın itaətkar vətəndaşları olacaqları barədə öhdəlik imzalamışlar. Keçmiş məhbusların hər birinə 25 ABŞ dolları verilmişdir. Yalnız Amerika əsgərlərinə basqınlarda iştirakı olmayanlar azad edilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]