Əfqanıstan Prezidentinin seçkiqabağı mitinqində partlayış törədilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Əfqanıstanın Pərvan əyalətində Prezident Əşrəf Qaninin seçki qərargahının mitinq keçirdiyi yerin yaxınlığında partlayış törədilib.
AZƏRTAC xəbər verir ki, 1TV telekanalının tibb işçilərinə istinadla yaydığı məlumata görə, partlayış nəticəsində azı 24 nəfər həlak olub, 31 nəfər yaralanıb. Hələlik heç bir ekstremist qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.
Partlayış prezident Əşrəf Qani çıxış etməyə hazırlaşdığı məqamda baş verib. Prezidentə xətər toxunmayıb. Onun qərargahı mitinqi davam etdirməyi qərara alıb.
Əfqanıstanda prezident seçkilərinin vaxtı bir neçə dəfə dəyişdirilib. Nəhayət, bu ilin martında müstəqil seçki komissiyası seçkilərin 2019-cu il sentyabrın 28-də keçiriləcəyini elan edib. “Taliban” hərəkatı hökuməti seçkiləri pozmaqla hədələyib.
Son məlumata görə, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]