Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb
Bakı, 5 may, AZƏRTAC
Əfqanıstanda leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində həlak olanların sayı 34 nəfərə çatıb, 14 nəfər isə itkin düşüb.
AZƏRTAC 1TV telekanalına istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət Əfqanıstanın şimal-şərqindəki Bədəxşan, Baqlan, şimal-qərbində yerləşən Herat, həmçinin ölkənin mərkəzi hissəsindəki Qor, Daykundi və Bamian əyalətlərində dağıntılara və tələfata səbəb olub. Daşqınlar kənd təsərrüfatı sahələrinə ciddi zərər vurub, çox sayda iribuynuzlu mal-qara tələf olub.
Əfqanıstanda daşqınlara səbəb olan leysan yağışları bir neçə gündür aramsız davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]